Mərkəzi Bank BOKT-un lisenziyasını ləğv etdi
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə "Union Kredit" MMC bank olmayan kredit təşkilatının (BOKT) lisenziyası ləğv olunub.
Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 55-dən 54-ə düşüb.
Xatırladaq ki, "Union Kredit" 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 452 min manatdır. BOKT 2022-ci ilin maliyyə hesabatını açıqlamasa da, 2021-ci ilin yekununda onun öhdəlikləri aktivlərini üstələmiş, balans kapitalında 206 min manat çatışmazlıq yaranmışdı. Bu isə faktiki müflislik deməkdir.
Xəbər verdiyimiz kimi, dünən Mərkəzi Bank "Günay Bank" ASC-nin lisenziyasını ləğv edib.
© "Report" / marja.az

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Françayzinq nədir və necə olur?
5 liderlik göstəricisi
Kriptovalyuta nədir və necə alınır?
Onlayn biznes növləri
SWIFT nədir?