Mərkəzi Bank kredit bürosuna qarşı tədbirlər görə biləcək
Azərbaycan Mərkəzi Bankına (AMB) "Kredit büroları haqqında və "Fərdi məlumatlar haqqında" qanunların, eləcə də özünün normativ xarakterli aktlarının tələblərinin pozulması və yaxud pozulmasına səbəb ola biləcək hallar aşkar etdikdə, kredit bürosuna qarşı təsir tədbirlərini tətbiq etmək hüququnun verilməs təklif olunur.
Bu, "Kredit büroları haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, həmin tədbirlər aşağıdakılardır?
– pozuntuların və ya pozuntulara səbəb ola biləcək halların aradan qaldırılması barədə kredit bürosundan öhdəlik məktubu tələb etmək. Kredit bürosu AMB-yə təqdim etdiyi öhdəlik məktubunda yol verilmiş pozuntuların və ya pozuntulara səbəb ola biləcək halların aradan qaldırılması üçün görüləcək tədbirləri və onların həyata keçirilməsi müddətlərini göstərir;
– kredit bürosuna pozuntunun və ya pozuntulara səbəb ola biləcək halların müəyyən müddətdə aradan qaldırılması barədə icrası məcburi olan yazılı göstəriş vermək;
– pozuntular və ya pozuntulara səbəb ola biləcək hallar aradan qaldırılanadək kredit bürosunun icra orqanının rəhbərinin (üzvlərinin) vəzifəsindən kənarlaşdırılmasını və ya vəzifəsindən azad edilməsini kredit bürosunun səlahiyyətli idarəetmə orqanından tələb etmək.
Bundan başqa, qanun layihəsində deyilir ki, kredit bürosunun fərdi məlumatların informasiya sistemlərinin mühafizə tələblərini pozması halları aşkar edildikdə, AMB müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu barədə yazılı məlumat verir. / banker.az

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
İKEA şirkətinin tarixi
Biznes qurmaq üçün nə lazımdır?
Layihə menecmenti nədir?
Biznes təlimlər və tədris üsulları
SMM nə deməkdir?