Mərkəzi Bank tədqiqat işləri barədə ictimaiyyəti məlumatlandıracaq

Mərkəzi Bank tədqiqat işləri barədə ictimaiyyəti məlumatlandıracaqAzərbaycan Mərkəzi Bankı (AMB) fevralın 13-17-də ilk dəfə "tədqiqat həftəsi" adlı tədbir keçirəcək.
Banker.az AMB-yə istinadən xəbər verir ki, tədbir qurumun apardığı tədqiqat işlərinin ictimai müzakirəsinə həsr olunacaq.
"Hər il AMB-də pul və maliyyə sabitliyi siyasətinə xidmət edən, eləcə də bir sıra aktual makroiqtisadi mövzularda empirik tədqiqatlar həyata keçirilir. Bu tədqiqat işləri adətən qurumun daxilində, həmçinin beynəlxalq institut və yaxud xarici ekspertlərlə müzakirə edilərək təkmilləşdirilir, xarici jurnallara və konfranslara təqdim olunur. Onların bir çoxu hər il AMB-nin internet səhifəsində işçi məqalə kimi dərc olunur.
Bu ildən isə AMB tədqiqat işlərinin ictimai müzakirəsini təşkil etməyə başlayır. Əsas məqsəd tədqiqatların nəticələri barədə ictimaiyyəti məlumatlandırmaq, iqtisadi siyasətdə, ictimai müzakirə və ekspert mülahizələrində tədqiqata əsaslanma ənənəsini möhkəmlətmək, həmçinin növbəti tədqiqatlar üçün rəy və təkliflər almaqdır. İqtisad istiqaməti üzrə tədris fəaliyyəti ilə məşğul olan professor-müəllim heyəti, elmi işçilər, ali təhsil müəssisələrində təhsil alan tələbələr, iqtisadi siyasətə məsul dövlət qurumlarının analitik işlər həyata keçirən əməkdaşları, iqtisadçı ekspertlər və jurnalistlər, tədqiqata marağı olan hər kəs bu müzakirələrdə iştirak edə bilər", – deyə məlumatda qeyd olunub.

Banklar     Tarix: 17 yanvar 2023

Oxşar xəbərlər

Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb

Bir ekosistemi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi "Arzumuz var!" təqaüd proqramına dəstək verməyə davam edir. Proqramın məqsədi Bakı və bölgələrdən olan qızların al

Mərkəzi Bankın bina və avadanlıqlarının sığortası 905 min manata başa gələcək

Azərbaycan Mərkəzi Bankı bina və avadanlıqlarının sığortalanması xidmətini "PAŞA Sığorta" ASC-dən satın alır. xəbər verir ki, Mərkəzi Bank bu məqsədlə "PAŞA Sığorta" ilə 905 min 265 manat dəyərində müqavil

Azərbaycanda ən az əmanət qoyulan bank - MƏLUM OLDU

Azərbaycanda fiziki şəxslərin ən az depoziti olduğu bank məlum olub. Əhalinin əmanətlərini ən çox - Artırdığı banklar. biznes və maliyyə xəbərləri portalının ölkə bankları üzrə tərtib etdiyi fiziki şəxslərin depozitlərini

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Milli Depozit Mərkəzi ilk dəfə unikal bank səhmdarlarının sayını açıqlayıb. Bu barədə sorğusuna cavab olaraq qurumdan bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, hazırda 41 102 fizik

"Kapital Bank"ın işçi sayı 6 minə yaxınlaşıb

"Kapital Bank" ASC 2026-cı ilin ilk yarısı üzrə işçi heyətinin rüblük dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin yanvarın 1-nə olan məlumata görə bankda

"Azərbaycan Sənaye Bankı"na yeni sədr təyin edilib – Uzun müddətdir orada çalışırdı

"Azərbaycan Sənaye Bankı" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. xəbər verir ki, səhdmarların Ümumi Yığıncağının qərarına əsasən bankın İdarə Heyətinin üzvü Sarvan Umudvar oğlu Mikayılov İdarə Heyətini

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®

Bütün dünyada bankların müxtəlif istiqamətlər üzrə nailiyyətlərini qiymətləndirən "Global Finance" jurnalı "Dünyanın ən yaxşı rəqəmsal bankları 2026" mükafatlarının qaliblərini elan edib. ABB Azərbayca

Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur

"PAŞA Bank"ın hazırda Azərbaycanda hər hansı bankı almaq planı yoxdur. Bunu "PAŞA Bank"ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev bankın 2026-cı ilin ilk yarısının nəticələrinə həsr olunan mətbua

Bankın müştərilərinin şəxsi məlumatları oğurlanıb

Onlayn bank xidmətləri göstərən Böyük Britaniyanın "Revolut" şirkətinin müştərilərinin fərdi məlumatları dövlət qurumları kimi təqdim edən dələduzlar tərəfindən oğurlanıb. Bu barədə "Reuters" agentliy


iqtisadi xeberler bitcoin qiymeti leobank kart valyuta mezennesi bank faizleri