Ölkədə premium benzininə tələb kəskin düşür − Sürücülər bunu Aİ-92 ilə əvəzləyir

Ölkədə premium benzininə tələb kəskin düşür − Sürücülər bunu Aİ-92 ilə əvəzləyirAzərbaycanda premium və super benzinlərin qiymətinin yüksək olması ölkədə ona olan tələbatı kəskin endirir və yerli neftayırma zavodundan isə istehsalla bağlı hələ də bir xəbər yoxdur.
Banker.az xəbər verir ki, Azərbaycan YDM-ləri 2022-ci ilin ilk yarısında 150.8 min ton həcmində 95 oktanlı "premium" benzin idxal etdikləri halda, cari ilin analoji dövründə bu rəqəm 39.4 min tona düşüb. Bu, illik müqayisədə 111.4 min tonluq və ya 74 faizlik kəskin azalmadır. Bunu Dövlət Statistika Komitəsi məlumat yayıb.
Azərbaycanda premium benzin Aİ-92 benzinindən sonra ikinci ən çox istehlak edilən benzin markasıdır. Bu yanacaq ölkə daxilində istehsal edilmədiyinə görə, onun qiymətlərinə nəzarət Tarif Şurasının mandatında deyil. Məsələn, Aİ-92 benzinin qiyməti isə neftin qiymətindəki volotelliklərə rəğmən qiymət şurasının verdiyi qərarla tənzimlənir.
Premium benzinin qiyməti dünya bazarlarında neftin qiyməti ilə tənzimlənsə də, bu, son ildə belə olmayıb. Məsələn, ötən il dünyada neft qiymətləri Rusiya-Ukrayna toqquşması şokundan 100 dollar/barelə kimi bahalaşdığı üçün Azərbaycanda premium markalı (95 oktanlı) benzinin bir litrinin qiyməti 1.6 manatdan 2 manata, super markalı benzinin (98 oktanlı) qiyməti isə 1.9 manatdan 2.3 manata yüksəlib.
Neftin qiyməti 2022-ci ilin yayından bu tərəfə barel üçün ucuzlaşaraq 80 dolların altına düşsə belə, YDM-lərdəki qiymətlər dəyişməyib. Ölkəyə idxal edilən premium benzini öncəki ildən orta hesabla 19% ucuz idxal edilir. Premiumun bir tonu ölkəyə 2022-ci ildə $ 1 150-yə başa gəlirdisə, cari ildə bu rəqəm $932-ə düşüb.
98 oktanlı super benzinin Azərbaycana idxalı isə 98% azalıb. Ötən ilin ilk yarısında ölkəyə bu markada 46 267 ton benzin gətirilmişdirsə, cari ildə bu rəqəm 892 tona düşüb.
Ölkədə benzin mühərrikli avtomobillər də premium benzinin istehlakını ildən-ilə azaldır. Onu Aİ-92 ilə əvəz edirlər. Bu isə istehsala öz təsirini göstərməkdədir. Cari ilin ilk 6 ayında Azərbaycanda Aİ-92 benzininin istehsal həcmi illik müqayisədə 39% artaraq 700.6 min tona çatıb.
Neft bazarı üzrə ekspert İlham Şaban da Banker.az-a bununla bağlı şərh verərək deyir ki, indi benzin mühərrikli avtomobil idarə edən sürücülər Aİ-95 benzinini Aİ-92 ilə əvəz edirlər.
"Məsələn, Azərbaycana idxal edilən təzə Çin avtomobillərində istismarla bağlı belə bildirişlər var: Mərkəzi Asiya ölkələrində Aİ-93 markalı yanacaqla sürmək olar, çünki Euro-4 keyfiyyət standartlarına cavab verir, Azərbaycanda isə Aİ-95 tövsiyə edilir, çünki yerli istehsal benzinimiz rəsmən Euro-2 standartları səviyyəsindədir. Ona görə də, yeni nəsil Avropa, Çin maşını alıb 92 benzin vuranlar bir müddət sonra maşınlarının təmiri ilə qənaət etdikləri vəsaiti itirirlər",- deyə İlham Şaban bildirir.
Qeyd edək ki, ötən ilin yayında hər iki marka benzini ölkəyə gətirən "SOCAR Petroleum" şirkətindən bildirilmişdi ki, ölkədə istehlak olunan benzinin 9 faizi "Aİ-95" premium və "Aİ-98" super markalı benzinin payına düşür■

Xəbərlər     Tarix: 11 avqust 2023

Oxşar xəbərlər

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad


iqtisadi xeberler en son xeberler valyuta mezennesi dollar mezenne birbank