Ötən il Gömrük Komitəsi 34 mindən çox hüquqpozma faktını aşkar edib

Ötən il Gömrük Komitəsi 34 mindən çox hüquqpozma faktını aşkar edibYanvarın 22-də Dövlət Gömrük Komitəsinin 2023-cü il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan Kollegiya iclası keçirilib.
İclasda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov çıxış edib. 
"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2023-cü il ərzində fəaliyyətinin nəticələri haqqında" məruzə ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev çıxış edib.
Qeyd olunub ki, Dövlət Gömrük Komitəsi ötən ildə qarşıya qoyulmuş vəzifələri yüksək səviyyədə yerinə yetirmək məqsədilə gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi, çevik və şəffaf idarəetmə sisteminin tətbiqi, habelə gömrük inzibatçılığının normativ-hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirib.
2023-ci il gömrük xətti ilə büdcə daxilolmalarında Komitə tərəfindən dövlət büdcəsinə 6 milyard 337 milyon 538 min manat vəsaitin köçürülməsi təmin edilib ki, bu da illik proqnoza nisbətdə  609 milyon 538 min manat və ya 10,6%, 2022-ci ilə müqayisədə isə 682 milyon 936 min manat və ya 12,1% çoxdur.
Ötən il ərzində 34100 hüquqpozma faktının aşkar edildiyini bildirən Komitə sədrinin birinci müavini vurğulayıb ki, bu faktlardan 1681-i cinayət xarakterli faktlar, 1224 fakt xarici valyuta vəsaitlərini xaricdən qaytarmama, 33 fakt gömrük ödənişlərinin ödənilməsindən yayınma üzrə, 131 digər cinayət xarakterli fakt üzrə olub.
Hesabat ilində ümumilikdə 640 kq 940 qramdan çox narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb. Bu narkotiklərin 91%-ni daha təhlükəli ağır narkotik olan heroin təşkil edib.
Həmçinin qeyd olunub ki, 2023-cü ildə keçirilən "Gömrük Biznes Forumu"nda "Gömrük İNKİŞAF Modeli"nin bir sıra layihələrinin, o cümlədən Avtomatlaşdırılmış Risk Analiz Sisteminin (ARAS), Transxəzər Gömrük Tranzit Portalının, "Səlahiyyətli İqtisadi Operator proqramının və "Smart-Bot" mobil tətbiqi layihələrinin biznes ictimaiyyətinə geniş təqdimatları həyata keçirilib.
Komitənin rəsmi internet səhifəsinin "Sahibkarlar üçün" bölməsində "Müvəqqəti saxlanc və gömrük anbarı", "Səlahiyyətli İqtisadi Operator" və "Əqli mülkiyyət hüquqları" altbölmələri yaradılaraq şəxslər üçün elektron müraciət etmə imkanı təmin olunub.
Eyni zamanda "Gömrük xidmətinin Fəaliyyət Proqramı"nda nəzərdə tutulan Tədbirlər Planının icrası nəticəsində gömrük ekspertizası rəylərinin elektron bazası yaradılıb, XİFMN-sı beynəlxalq izahnaməsi, gömrük dəyərinə düzəliş edilməsi üçün metodika və bildiriş forması, gömrük orqanları tərəfindən malların təsnifatının və mənşə ölkəsinin müəyyənləşdirilməsi üzrə məcburi qərarların qəbul edilməsinə, o cümlədən Səlahiyyətli İqtisadi Operator statusunun tətbiqinə dair Metodika və təlimatlar təsdiq edilib, sahibkarların Elektron Hesab Səhifəsinin əsas komponentlərinin tətbiqinə başlanılıb, poçt göndərişlərinin qeydiyyatı təkmilləşdirilib.
Sonra Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev "Naxçıvan Baş Gömrük İdarəsinin 2023-cü il ərzində fəaliyyətinin nəticələri", Dövlət Gömrük Komitəsinin sədrinin müşaviri Əsgər Məmmədov "Komitə sistemində aparılan struktur dəyişiklikləri və gömrük inzibatçılığın təkmilləşdirilməsi ilə bağlı görülən işlər" haqqında məruzələrlə çıxış ediblər.
Sonda Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov statistik təhlillər, araşdırmalar əsasında gömrük orqanlarının müxtəlif sahələr üzrə fəaliyyətindən danışaraq tapşırıq və tövsiyələrini verib. / marja.az

Maliyyə     Tarix: 23 yanvar 2024

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur


iqtisadi xeberler pul qazanmaq avtomobil xeberleri bank faizleri bu gunun xeberleri