Pambıq sahələrinin sığortası başlandı – ŞƏRTLƏR, MƏBLƏĞLƏR

Pambıq sahələrinin sığortası başlandı – ŞƏRTLƏR, MƏBLƏĞLƏRAzərbaycanda dövlət aqrar sığorta mexanizmi ilə pambıq əkinlərinin sığortalanması mövsümünə start verilib. Pambıq əkini ilə məşğul olan fermer və təsərrüfatlar Aqrar Sığorta Fonduna müraciət edərək dövlət dəstəyi ilə təqdim edilən güzəştli aqrar sığorta mexanizmi vasitəsilə əkinlərini sığorta edə bilərlər.
Pambıq Azərbaycanda becərilən strateji kənd təsərrüfatı bitkilərindən biri, ölkədən xaricə ixrac edilən əsas qeyri-neft məhsullarındandır.
Hazırda Azərbaycanın 20-yə yaxın rayonunda 110 min hektara yaxın ərazidə pambıq becərilir. Pambıq tarlalarının böyük hissəsi Mil-Muğan, Salyan-Şirvan və Mərkəzi Aran regionlarındadır. Ölkənin əsas pambıqçılıq rayonları: Saatlı – 12,6 min hektar, Ağcabədi – 11,8 min hektar, Sabirabad – 11,1 min hektar, Salyan – 9,7 min hektar, Beyləqan – 8,9 min hektar, Bərdə – 8,5 min hektar, Biləsuvar – 8,1 min hektar, İmişli – 7,9 min hektar, Neftçala – 7,2 min hektar, Yevlax – 3,3 min hektar, Zərdab – 3,1 min hektar, Tərtər – 2,8 min hektar, Ağdam – 2,4 min hektar, Goranboy – 2,0 min hektar, Kürdəmir – 1,1 min hektar və başqalarıdır.
Pambıq əkinləri bölgə əhalisinin gəlirlərinə və iqtisadi vəziyyətinə ciddi təsir edir. Hazırda ölkəmizdə 15 minə yaxın fermer pambıq əkini ilə məşğuldur. Fermer ailələrinin iqtisadi vəziyyəti və rifah halı böyük dərəcədə məhz pambığın gətirdiyi gəlirlərdən asılıdır.
Təbiət hadisələrinə qarşı həssas olan pambıq əkinləri müxtəlif səbəblərdən zərər görə bilər. Pambıq sahələrinə ən çox dolu, sel-subasma, leysan yağışları və üçüncü şəxslərin hərəkətləri kimi hadisələr zərər vurur. Belə hallar nəticəsində fermerlər gəlirlərini itirə, hətta ağır borc yükü ilə üzləşə bilərlər.
Lakin Aqrar Sığorta Fondunun təqdim etdiyi dövlət dəstəkli aqrar sığorta bütün bu halların vurduğu zərəri qarşılayır. İndiyədək zərərlə üzləşmiş minlərlə fermerə aqrar sığorta vasitəsilə 2,2 milyon manatdan artıq ödəniş edilib. Belə ki, ölkəmizdə 2023-cü ildə 686 hektar sahəyə dəymiş zərərlər üzrə fermerlərə 386 min manat sığorta ödənişi edildiyi halda, 2024-cü ildə 4 min hektar əraziyə dəymiş zərərlər üzrə 880 min manat, 2025-ci ildə isə 2064 hektar pambıq sahəsində baş vermiş hadisələr üzrə fermerlərə 958 min manat sığorta ödənişi həyata keçirilib.
50%-lik dövlət dəstəyi sayəsində fermerlər pambıq sahəsini cüzi ödənişlə sığorta edə bilərlər. Ölkənin əksər ərazilərində 1000 manatlıq pambıq məhsulunun sığortası cəmi 7-10 manat arasında dəyişir.
Son aylar Azərbaycanda baş verən təbiət hadisələri, güclü yağışlar və sel-subasma digər sahələr kimi pambıq əkinləri üçün də böyük risk yaradır. Bu halların gətirdiyi zərərin qarşısını almaq üçün ən effektiv üsul pambıq sahələrini vaxtında sığorta etməkdir.
Pambıq sahələrinin sığortası aprel ayında başlayır və may ayının sonunadək davam edir. Məhsulu vaxtında sığortalamaq onu daha çox riskdən, o cümlədən may ayında baş verən leysan yağışlardan qorumağa imkan verir.
Aqrar sığorta məhsulları, əkinlərin və heyvanların sığortalanması şərtləri, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən (asf.gov.az), həmçinin 1651 Çağrı Mərkəzinə müraciət etməklə almaq mümkündür. / marja.az

Banklar     Tarix: 20 aprel 2026

Oxşar xəbərlər

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb

"PAŞA Həyat Sığorta" ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkəti

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət


iqtisadi xeberler bitcoin qiymeti biznes xeberleri valyuta kurslari dollar kursu