PAŞA Bank 2022-ci il üçün maliyyə nəticələrini açıqlayıb

PAŞA Bank 2022-ci il üçün maliyyə nəticələrini açıqlayıb®PAŞA Bank aprel ayının 5-i keçirilən mətbuat konfransında 2020-ci ilə dair fəaliyyətinin yekunlarını və törəmə bankları olan "PASHA Bank Georgia" SC və "PAŞA Yatırım Bankası" A.Ş.-nin  maliyyə nəticələrini açıqlayıb.
Bank, 2022-ci ildə də Azərbaycanın maliyyə sektorunda öz mövqeyini qorumağa və fəaliyyətini daha da genişləndirməyə davam edib. Bank, 648,284 min manat dəyərində olan ümumi kapital həcmi ilə ölkənin ən böyük kommersiya bankı mövqeyini qoruyub saxlayıb (2021: 560,056 min manat). İl sonu etibarilə PAŞA Bankın cəmi aktivləri 9,217,947 min manat təşkil edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 32% artıb (2021: 7,008,183 min manat).
31 dekabr 2022-ci il tarixinə Bankın aktivlərinin açıqlaması aşağıdakı kimidir:
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri – 36%
Müştərilərə verilmiş kreditlər – 36%
Kredit Təşkilatlarına verilmiş kreditlər – 6%
Qiymətli kağızlar portfeli – 20%
Digər cari və uzunmüddətli aktivlər – 2%
PAŞA Bank 2022-ci il üçün maliyyə nəticələrini açıqlayıbPAŞA Bank 2022-ci ildə ümumi kredit portfelini 8% artıraraq 3,388,059 min manata (2021: 3,123,469 min manat) çatdırıb və kreditləşmədə ciddi artım əldə edib. Portfel üzrə effektiv ehtiyat dərəcəsi 3,38% (2021: 3,08%) təşkil edib. Qeyd olunan dövr ərzində davamlı şəkildə müştərilərə xidmət göstərən Bank, son illər ərzində inkişaf etdirdiyi biznes əlaqələrindən bəhrələnir. Bunun nəticəsi olaraq, PAŞA Bankın müştəri depoziti bazası 2022-ci ildə 7,252,655 min manata (2021: 5,181,851 min AZN) çatıb.
Müştəri depozitləri əsasən tələbli və müddətli hesablarda müvafiq olaraq 76% və 24% nisbətində cəmlənib (2021: 70% and 30%). Bank, 2022-ci maliyyə ili üçün 101,926 min manat xalis mənfəət (2021: 102,317 min manat) qazandığını elan edib. Eyni dövr üçün toplam əməliyyat gəlirləri 390,403 min manat təşkil edib ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 25% çoxdur (2021: 312,366 min manat). Bankın faiz gəlirləri 384,316 min manata, qeyri-faiz gəlirləri 92,673 min manata çatıb. Nəticədə qeyri-faiz gəlirinin ümumi əməliyyat gəlirlərinə nisbəti 24% təşkil edib.
PAŞA Bank 2022-ci il üçün maliyyə nəticələrini açıqlayıbBeynəlxalq maliyyə institutları ilə əhatəli danışıqlar sayəsində geniş miqyaslı maliyyə alətlərindən istifadə imkanı əldə edən PAŞA Bank, korporativ müştərilərinə daha çox ticari maliyyə xidmətləri göstərməyə nail olub. Bank, həmçinin "Standard & Poor"s" Qlobal Reytinq agentliyindən kredit reytinqi aldıqdan sonra müştərilərin maliyyələşdirilməsi üçün daha yaxşı şərtlər əldə edib. Bank, institusional səviyyədə müştərilərlə münasibətdə məhsuldarlığı artıraraq vaxtında peşəkar xidmətlər göstərmək üçün müxtəlif seminarlar və təlimlər keçirib.
2022-ci ildə sənədləşmə əməliyyatları balansı (maliyyələşdirmə sonrası daxil olmaqla) 259,023 min manat (2021: 326,241 min manat) təşkil edib. PAŞA Bank 2022-ci ildə sərmayə yetərlilik nisbətinin ARMB-nin kapital qoyuluşları üzrə tələbinə uyğun olaraq 17.1% təşkil etdiyini açıqlayıb (2021: 13.4%). Bank, "Basel II" və "Basel III" dövrünü bitirdikdən sonra kapitalını dividendlər vasitəsilə səhmdarlara qaytararkən tələb olunan kapital səviyyələrinə diqqət yetirməyə davam edir.
* Əksi göstərilmədikcə, bütün rəqəmlər 31 dekabr 2022-ci il tarixi etibarilə təqdim edilib və audit olunmuş konsolidasiya edilmiş maliyyə hesabatlarına əsaslanıb. / banker.az

Banklar     Tarix: 18 may 2023

Oxşar xəbərlər

"Ziraat Bank Azərbaycan" enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb

Bank Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə cari ilin aprel ayında imzalanmış strateji əməkdaşlıq müqaviləsi çərçivəsində Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə başlayıb

"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub

"Yelo Bank" ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib. xəbər verir ki, bankın Müşahidə Şurasının üzvü Endryu Dmitry Pospelovski vəzifəsindən ayrılıb. Müşahidə Şurasının digər üzvü Engelhardt Thomasdır

"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək

"Bank Respublika" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 19 oktyabr 2026-cı il saat 12:00-da Bankın Bakı şəhəri, Xaqani küçəsi 21 ünvanında yerləşən Baş Ofisində keçiriləcək

ABB partnyorları ilə görüş ®

ABB-nin partnyorları ilə kommunikasiyaların daha da inkişafı, Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında faydalı rəylərin öyrənilməsi məqsədilə partnyorlarla görüş keçirilib. Görüşdə ABB-nin 80-dən çox partnyoru iştira

Bir 1000-dən çox gənci "Spark "26" festivalında bir araya gətirdi

Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemi olan Bir 100-dən çox gənci Azərbaycanın ilk tələbə-texnologiya festivalı – "Spark "26"da bir araya gətirib.  Festivalda texnologiya, data və süni intellek

BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) problemli kreditləri ilə əlaqədar yeni qaydaların hazırlanması üzərində işləyir. Bunu AMB-nin Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarə

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®

"Yapı Kredi Bank Azərbaycan" QSC Hüquq Büro xidmətinin alımı üçün tender açıq elan edir. Tenderə müraciət edilməsi üçün şikrətlər aşağıdakı şərtlərə uyğun gəlməli və qeyd edilən sənədləri qapalı zərfdə "Yap

"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə

"Bank of Baku" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 18 sentyabr 2026-cı il saat 10:00-da bankın Baş İdarəsində, Bakı şəhəri, Atatürk prospekti 42 ünvanında keçiriləcək

AMB maliyyə qruplarına da nəzarət edəcək

Azərbaycan Mərkəzi Bankının (AMB) ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarının da fəaliyyətinə nəzarət etməsi nəzərdə tutulur. xəbər verir ki, bu, "Mərkəzi Bank" haqqında qanund


iqtisadi xeberler leobank kart avtomobil xeberleri kripto dollar məzənnəsi