"PAŞA Bank" COP29-da "Potensialın inkişafı" adlı panel sessiyası keçirir
®Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" COP29 çərçivəsində iqlim dəyişiklikləri, dayanıqlı iqtisadi inkişaf və bu sahədəki digər çağırışlara dair müzakirələrdə fəal iştirak edir.
Bu gün, 18 noyabrda, Bank Yaşıl Zonada "Potensialın inkişafı" adlı panel sessiyasına ev sahibliyi edir. Sessiya, xüsusilə gənclərin peşə bacarıqlarını iqlim dəyişikliyinə qarşı daha davamlı və hazırlıqlı etmək üçün tətbiq edilə biləcək strategiyaları araşdıracaq, təhsil, dayanıqlı inteqrasiya və sosial məsuliyyətə dair yanaşmalara fokuslanacaq.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
"PAŞA Bank"ın insan resursları üzrə baş direktoru Zibeydə Hacıyeva, ADA Universitetinin prorektoru Fariz İsmayılov, "AZAL"ın insan resursları üzrə baş direktoru Ellada Əlişova, "For Azerbaijan" xeyriyyə təşkilatının qlobal idarə heyəti üzvü, "Dentons" beynəlxalq hüquq şirkətinin partnyoru və Azərbaycan üzrə icraçı meneceri Ülviyə Zeynalova-Boçkin və Worldview Beynəlxalq Fondunun baş icraçı direktoru Kim Qabrielli icmaların iqlim dəyişikliyi ilə mübarizədə daha effektiv olması üçün gücləndirilməsini müzakirə edəcəklər. Sessiyada hökumətlər, maliyyə qurumları və yerli icmalar arasında tərəfdaşlıqların qurulması və bu əməkdaşlıqların iqlim dayanıqlılığını artırmağa necə kömək edəcəyi barədə fikir mübadiləsi aparılacaq.
Müzakirə panelini izləmək istəyənlər 11:00 Yaşıl Zonada yerləşən D42 pavilyonuna dəvət olunurlar. / banker.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Milyonlar qazandıran qəribə biznes ideyaları
Birbank xidmətinə necə qoşulmaq olar?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?