"PAŞA Bank" "Dayanıqlı Kartlar Proqramı"na qoşulub
®Ölkənin aparıcı korporativ maliyyə institutu olan "PAŞA Bank" ölkəmizdə plastik tullantıların azaldılması və ətraf mühitin qorunmasını dəstəkləmək məqsədilə Mastercard Azərbaycanın "Dayanıqlı Kartlar Proqramı"na qoşulub.
Proqram çərçivəsində ödəniş kartlarının hazırlanmasında polivinilxlorid materialının (PVC) istifadədən çıxarılması və 2028-ci ilə qədər bütün yeni buraxılmış kartların təkrar emal edilmiş və bio-mənşəli materiallardan hazırlanması hədəflənir. Azərbaycanda yerli maliyyə institutları bu mühüm hədəfə daha sürətlə çatmaq üçün Mastercard ödəniş kartlarının hazırlanmasında ilkin istifadə edilən polivinilxlorid materialından 2026-cı ilə qədər imtina etməyə dair müvafiq öhdəlik götürüblər.
Qeyd edək ki, PAŞA Bank Azərbaycanın sosial-iqtisadi inkişafa dair prioritetlərinə və BMT-nin Qlobal Sazişinin hədəflərinə uyğun biznesin düşünülmüş şəkildə idarə edilməsini təmin edir. Eyni zamanda, bank ətraf mühitə qayğı ilə yanaşmağı və cəmiyyət qarşısında məsuliyyətli korporativ qurum mövqeyi qazanmağı prioritetləşdirir, həmçinin maliyyə sektorunda dayanıqlı təcrübələrin tətbiqinə mühüm töhfə verir. / banker.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Milyonlar qazandıran qəribə biznes ideyaları
Birbank xidmətinə necə qoşulmaq olar?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?