"PAŞA Bank" ekoloji məsuliyyət təşəbbüslərini dəstəkləməyə davam edir

®Sosial məsuliyyətli vətəndaş olan "PAŞA Bank"ın tərəfdaşlığı ilə növbəti "Tullantıları hədiyyələrə dəyiş" festivalı baş tutub.
23 avqust 2025-ci il tarixində keçirilən tədbir tullantıların düzgün idarə olunmasına ictimai dəstəyi artırmağı, resurslardan səmərəli istifadə vərdişlərinin təşviqini və təkrar emalın əhəmiyyətini vurğulamağı hədəfləyib. "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən aksiya zamanı vətəndaşlar ümumi tutumu 8985 litr plastik, 1890 litr şüşə tullantı və 2620 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə ediblər. Festival çərçivəsində uşaqlar üçün əyləncəli ustad dərsləri təşkil olunub və iştirakçılar tullantıların çeşidlənməsi ilə bağlı praktiki biliklər qazanıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə 2025-ci ilin əvvəlindən bu günədək keçirilən tədbirlərdə ümumilikdə 28 105 litr plastik, 4458 litr şüşə tullantı və 4788 ədəd işlənmiş batareya toplanaraq təkrar emala və utilizasiyaya yönləndirilib.
Festivalda, "PAŞA Bank"la birgə "ECO Hub" İctimai Birliyi və bir sıra qurumlar tərəfdaş qismində çıxış ediblər.
Qeyd edək ki, "PAŞA Bank" bir sıra ekoloji layihələri dəstəkləməklə dayanıqlı iqtisadi inkişafın önündə gedir. Bankın layihələri enerji səmərəliliyi, təmiz nəqliyyat, kənd təsərrüfatında müasir suvarma texnologiyaları və ətraf mühitin qorunmasına yönəlmiş təşəbbüsləri əhatə edir. Bu fəaliyyətlər Azərbaycanın qlobal iqlim səhnəsində mövqeyini gücləndirməklə yanaşı, gələcək nəsillər üçün daha təmiz və dayanıqlı bir mühitin formalaşmasına xidmət edir.
/ banker.az

Banklar     Tarix: 27 avqust 2025

Oxşar xəbərlər

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"


iqtisadi xeberler 1000 manatla biznes online pul qazanmaq pul qazanmaq bitkoin qiymeti