PAŞA Bank iki nüfuzlu beynəlxalq mükafata layiq görülüb
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank beynəlxalq maliyyə nəşri International Investor tərəfindən 2026-cı il üzrə eyni vaxtda iki əsas kateqoriyada — "Azərbaycanın ən yaxşı bankı" və "Azərbaycanın ən yaxşı KOS bankı" adına layiq görülüb.
Bu mükafatlar Bankın qeyri-neft sektorunun, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafına verdiyi davamlı töhfələrin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
Nəşrin mükafat laureatlarına həsr olunmuş xüsusi buraxılışında PAŞA Bank-ın 2025-ci ildə əldə etdiyi əsas strateji və maliyyə nailiyyətləri geniş şəkildə təqdim olunub. Burada Bankın yüksək müştəri təcrübəsi, inkişaf etmiş rəqəmsal imkanları, innovativ məhsul portfeli, əməliyyat səmərəliliyi, ESG və dayanıqlıq təşəbbüsləri, eləcə də insan kapitalının inkişafına yönəlmiş fəaliyyətləri xüsusilə vurğulanıb.
PAŞA Bank-ın İdarə Heyətinin sədri Cavid Quliyev bildirib ki, əldə olunan bu nailiyyətlər Bankın ölkə iqtisadiyyatının real sektorunda oynadığı rolu və uzunmüddətli maliyyə tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirir:
"2025-ci il PAŞA Bank üçün güclü maliyyə artımı və strateji inkişaf ili oldu. Biznes kredit portfelimiz 3,1 milyard manatı ötərək rekord səviyyəyə çatdı, ödəniş dövriyyəmiz isə 69,7 milyard manata yüksəldi. Bu göstəricilər real sektorun və KOS-ların artan maliyyə ehtiyaclarına çevik cavab verdiyimizi nümayiş etdirir. Rəqəmsal kredit məhsulları və avtomatlaşdırılmış həllər vasitəsilə KOS-ların maliyyə əlçatanlığını artıraraq, onların biznes proseslərini sürətləndirməyə və resurslardan daha səmərəli istifadə etmələrinə dəstək olmuşuq."
Qeyd edək ki, PAŞA Bank 2025-ci ildə real sektorun dayanıqlı inkişafına verdiyi töhfələrə görə Euromoney və International Investor tərəfindən "Azərbaycanın ən yaxşı bankı" elan edilib. Bank eyni zamanda Stevie Awards tərəfindən "İlin şirkəti" nominasiyasında "Gold Stevie" mükafatını qazanan ilk Azərbaycan bankı olub.
/ marja.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyada ən çox oxunan 5 kitab
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Dünyanın ən zəngin idmançıları
Bitcoin nədir?
"Freelance" nədir?