"PAŞA Bank" ilk rübdə 42 mln. manat üzərində xalis mənfəət əldə edib
Azərbaycanın ikinci ən böyük bankı "PAŞA Bank" ASC 2023-cü ilin birinci rübündə 42.23 mln. manat xalis mənfəət əldə edib.
Banker.az xəbər verir ki, bu barədə bankın rüblük maliyyə hesabatında bildirilir.
Əsasən korporativ müştərilərə sahib olan "PAŞA Bank"ın ilin 1-ci rübündə faiz gəlirləri ötən illə müqayisədə 41% artaraq 100.8 mln. manat olub. Faiz gəlirlərinin 56.63 mln. manatını kreditlər üzrə, 27.29 mln. manatını qiymətli kağızlar üzrə və 13.69 mln. manatını isə kredit təşkilatlarındakı depozitlər üzrə gəlir təşkil edib.
Bank bununla belə, 29.7 mln. manat qeyri-faiz gəliri əldə edərkən, 12,87 mln. manat faiz xərci və 52.22 mln. manat qeyri-faiz xərci çəkib.
Bununla da 60,19 mln. manat əməliyyat mənfəəti edib ki, bu öncəki ilin eyni dövründə qeydə alınan 43.26 mln. manatdan yuxarıdır.
"PAŞA Bank" birinci rübdə 5.39 mln. manat mümkün zərərlər üzrə məqsədli ehtiyat ayırmış və 12.57 mln. manat mənfəət vergisi ödəmişdir və nəticədə bankın dövr üzrə xalis mənfəəti 42.23 mln. manat olub. Öncəki ilin analoji dövründə kommersiya bankının xalis mənfəəti 38.33 mln. manat idi.
Bankın balansındakı bölüşdürülməmiş mənfəəti 222.23 mln. manat olub.
Bankın aktivlərinin həcmi 8 mlrd. 693.04 mln. manat olmaqla birinci rübdə 2%, öhdəliklərinin həcmi 7 mlrd. 972.69 mln. manat olmaqla 1.5% artmışdır.


Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Biznes planı necə yazmaq lazımdır?
"Freelance" nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt