PAŞA Bank IPO çərçivəsində investorlarla görüş keçirib
®PAŞA Bank səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) çərçivəsində investorlar və bazar iştirakçıları ilə görüş keçirib.
Görüşdə PAŞA Bank-ın İdarə Heyətinin sədrinin müavini Bəhruz Nağıyev, PAŞA Bank-ın baş maliyyə inzibatçısı Murad Süleymanov, EY şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru İlqar Vəliyev, Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əlizadə, Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov və PAŞA Kapital-ın baş əməliyyat inzibatçısı Elnur Fətullayev iştirak ediblər.
23 aprel 2026-cı il tarixində baş tutan tədbir zamanı Nağıyev bildirib ki, IPO investorlar üçün yeni imkanlar yaradır və bazarda şəffaflığı artırır.
"İctimai bazara çıxış korporativ idarəetmə standartlarımızın daha da möhkəmlənməsinə və investorlarla münasibətlərin yeni mərhələyə keçməsinə şərait yaradır. Biz uzunmüddətli dəyər yaratmağa fokuslanaraq bütün maraqlı tərəflər üçün davamlı inkişaf təmin etməyi hədəfləyirik,"- deyə, Nağıyev qeyd edib.
Tədbir çərçivəsində keçirilən panel müzakirəsində IPO-nun kapital bazarına təsiri, infrastrukturun hazırlıq səviyyəsi və investorlar üçün açılan imkanlar müzakirə olunub. Eyni zamanda, abunə kampaniyasının gedişi, rəqəmsal kanalların hazırlığı, xarici investorların cəlb olunması, hesablaşma və uçot sistemlərinin inkişafı, eləcə də bazarın gələcək perspektivləri diqqət mərkəzində olub.
PAŞA Bank 13 aprel 2026-cı il tarixində IPO çərçivəsində səhmlərinin abunə yazılışına start verdi. Abunə yazılışı 12 may 2026-cı il tarixinədək davam edəcək. Bank kapitalının 5%-ni təşkil edən 932,926 ədəd adi, adlı səhm investorlara təqdim olunur. Səhmin ilkin yerləşdirmə qiyməti 55 AZN olaraq müəyyən edilib, minimal alış 1 səhmdir və maksimum limit tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə illik 5% faiz gəliri hesablanır. Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçirilir. / banker.az

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Green Card nədir və onu necə əldə etmək olar?
Shopify-da necə satışa başlamaq olar?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
CV-nin tərtib edilməsi prinsipləri