"PAŞA Bank" işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinə dəstəyini davam etdirir

Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi istiqamətində həyata keçirilən mühüm layihələrə verdiyi dəstəyi davam etdirir.
Bu il Bank Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) daha iki xüsusi təlim keçmiş minaaxtaran iti ianə edib. Belçika Malinuası cinsinə məxsus, "Inam" və "Ümid" adları verilmiş itlər beynəlxalq standartlara uyğun xüsusi təlim proqramını uğurla tamamlayıb və yaxın günlərdə Füzuli rayonunda minalardan təmizləmə əməliyyatlarında iştirak edəcəklər.
İdarə Heyətinin sədri, baş icraçı direktor Cavid Quliyevin sözlərinə görə, "PAŞA Bank" ölkəmizin aparıcı korporativ bankı olaraq yalnız iqtisadiyyatın inkişafına töhfə verən maliyyə xidmətləri ilə deyil, həm də cəmiyyətimiz üçün strateji əhəmiyyət daşıyan sosial layihələrə dəstək göstərməklə fəxr edir.
"İşğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi, yenidən canlanaraq inkişaf və tərəqqi ilə çiçəklənməsi mühüm addımdır. İnanırıq ki, məsuliyyətli korporativ vətəndaş kimi reallaşdırdığımız bu təşəbbüs Azərbaycanın daha təhlükəsiz, dayanıqlı və rifahlı gələcəyinin qurulmasına töhfə verəcək", – deyə, C.Quliyev bildirib.
ANAMA-nın İdarə Heyəti sədrinin müavini Samir Poladov "PAŞA Bank"ın humanitar minatəmizləmə fəaliyyətinə verdiyi dəstəyin xüsusi əhəmiyyətini vurğulayıb.
"İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışı istiqamətində görülən humanitar minatəmizləmə fəaliyyətinə verdiyi dəstəyə görə "PAŞA Bank"a minnətdarıq. Bu prosesdə minaaxtaran itlərin tətbiqi ən səmərəli üsullardan biridir", – deyə, S.Poladov qeyd edib.
Xatırladaq ki, "PAŞA Bank" həmçinin 2021-ci ildə ANAMA və ABŞ-ın Marşal İrsi İnstitutu (MLI) arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Azərbaycana xüsusi təlim keçmiş 30 minaaxtaran itin gətirilməsinə də töhfə verib.

/ banker.az

Banklar     Tarix: 25 avqust 2025

Oxşar xəbərlər

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"


iqtisadi xeberler 1000 manatla biznes online pul qazanmaq pul qazanmaq bitkoin qiymeti