"PAŞA Bank"ın audit hesabatı: Ötən il ₼102 mln. xalis mənfəət əldə edib, aktivləri ₼9 mlrd.-ı ötüb
"PAŞA Bank" ASC 2022-ci il üzrə konsolidə edilmiş audit hesabatını açıqladı və məlum oldu ki, ötən il 101.93 milyon manat həcmində xalis mənfəət əldə edib.
Banker.az xəbər verir ki, ölkənin ikinci ən iri bankının hesabatı nüfuzlu "Ernst and Young" audit şirkəti tərəfindən aparılıb.
Hesabatda qeyd edilir ki, korporativ yönümlü bank hesabat müddətində illik müqayisədə faiz gəlirlərini 21% artırmaqla 380.45 mln. manata yüksəldib. Faiz gəlirlərinin böyük hissəsi müştərilərə verilən kreditlər təşkil edib ki, bu da illik 21% artımdır. Faiz gəlirlərinin həcmi 280.82 mln. manat olub. Faiz gəlirlərinin 75.29 mln. manatı isə investisiya qiymətli kağızlardan daxil olub.
Bankın faiz xərcləri 86.59 mln. manat olmuş və bunun da 39.25 mln. manatı müştərilərin depozitləri üzrədir.
Xalis faiz gəlirləri 2021-ci ildə 237.13 mln. manat olduğu halda, 2022-ci ildə 297.73 mln. manat təşkil edib.
Bankın maliyyə aktivləri üzrə kredit zərəri xərci 48.31 mln. manat olub.
"PAŞA Bank" ötən il ümumilikdə 79.44 mln. manat həcmində işçilər üzrə xərc çəkmiş, bu da öncəki illə müqayisədə 16% yuxarı göstəricidir.
Bununla da, bank 2022-ci ildə bütün gəlir və xərclər fərqindən, üstəlik 44.9 mln. manat mənfəət vergisi xərcindən sonra 101.93 mln. manat xalis mənfəət əldə edib. Bankın 2021-ci ildə 102.32 mln. manat xalis mənfəəti olmuşdu.
1 yanvar 2023-cü il tarixinə "PAŞA Bank"ın 286.49 mln. manat bölüşdürülməmiş mənfəəti var.
Bankın aktivlərinin həcmi ötən il 31% artımla 9 mlrd. 217.95 mln. manata yüksəlib. Aktivlərinin 3 mlrd. 274 mln. manatı müştərilərə verilən kreditlər, 1 mlrd. 840 mln. manatı investisiya qiymətli kağızlar, 3 mlrd. 3002 mln. manatı isə pul vəsaitləridir.
Öhdəliklərinin həcmi 8 mlrd. 570 mln. manat, o cümlədən depozit portfeli 7 mlrd. 253 mln. manat, 932 mln. manat isə bank və dövlət fondları qarşısında öhdəlikləridir.



PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Françayzinq nədir və necə olur?
5 liderlik göstəricisi
Kriptovalyuta nədir və necə alınır?
Onlayn biznes növləri
SWIFT nədir?