"PAŞA Həyat Sığorta" - Yeni Təyinat
PAŞA Həyat Sığorta şirkətinin strukturunda dəyişiklik baş vermişdir və Sevda Əliyeva Aparat rəhbəri (Chief of Staff) vəzifəsinə təyin edilmişdir.
Sevda xanım 25 ildən artıq rəhbərlik və strateji idarəetmə təcrübəsinə malikdir. Peşakar karyerası ərzində o, PASHA Real Estate-də Qrup üzrə Baş İnsan Resursları İnzibatçısı (CHRO) və İcraçı Komitə üzvü, Unibank-da Baş Transformasiya İnzibatçısı və İcraçı Komitə üzvü, PASHA Bank-da İnsan Resursları Departamentinin Direktoru, Azercell Telecom-da isə Baş İnsan Resursları İnzibatçısı CHRO və Marketinq Direktoru kimi vəzifələrdə çalışaraq daşınmaz əmlak, bankçılıq və telekommunikasiya sahələrində kompleks transformasiya və təşkilati inkişaf proqramlarını uğurla həyata keçirmişdir.
Təhsilini Bakı Dövlət Universitetində Tarix ixtisası üzrə bakalavr dərəcəsi ilə tamamlamış, həmçinin Telecoms Mini MBA proqramını (Informa Telecoms Academy, UK, 2008) müvəffəqiyyətlə bitirmişdir. Korporativ təhsil və inkişaf proqramları çərçivəsində Agile Project Management (IBM, UK, 2018), Design Thinking (IBM, UK, 2017), Job Evaluation (Korn Ferry Hay Group, Turkey, 2017) və digər liderlik və idarəetmə sahələrinə yönəlmiş proqramları uğurla tamamlamışdır.

Bankın müştərilərinin şəxsi məlumatları oğurlanıb
"Kapital Bank"ın işçi sayı 6 minə yaxınlaşıb
"Yelo Bank"da çalışanların sayı açıqlandı
"Kapital Bank"ın səhmdarlarının sturkturunda dəyişiklik olub
"Bitcoin" yenidən 78 min dollara yaxınlaşıb - SON QİYMƏT
Enerji xərclərinizi "Unibank"la azaldın
Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi
TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib
Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq
Mcdonalds françayzinqi neçiyədir?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
CV hazırlayarkən buraxılan 5 səhv
5 liderlik göstəricisi
Green Card nədir və onu necə əldə etmək olar?