"PAŞA Sığorta" mənfəətliliyini qoruyur

2025-ci ili 39 milyon manatdan çox xalis mənfəətlə başa vurmuş "PAŞA Sığorta" bu tendensiyanı 2026-cı ildə də davam etdirir.  
Şirkət bu ilin I rübündə 8,5 milyon manat xalis mənfəət əldə edib.
Yanvar-mart aylarında "PAŞA Sığorta"nın gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 14% çox – 88,6 milyon manat təşkil edib. O cümlədən, şirkətin təkcə əsas əməliyyat  gəlirləri 1 il əvvələ nisbətən 6,7% çox – 122,8 milyon manat olub ki, bu da xalis sığorta ehtiyatlarının dəyişməsindən yaranan zərəri 3 qat kompensasiya etməyə imkan verib. Hesabat dövründə sığortaçının investisiya gəlirləri 25,1% artaraq 5,2 milyon manata, digər gəlirləri isə 48,3% artaraq 0,8 milyon manata çatıb.
Şirkətdə müştəriyönümlülük güclənməkdədir
"PAŞA Sığorta" 3 ay ərzində 122,3 milyon manat sığorta haqqı toplayıb, 34,4 milyon manat sığorta ödənişi edib. Bunlar, illik müqayisədə müvafiq olaraq 6,5% və 24,1% çoxdur. Göründüyü kimi, şirkətin ödənişlərinin artım tempi yığımlarının artım tempini təxminən 4 dəfə üstələyib, bu isə onun fəaliyyətində müştəriyönümlülüyün güclənməsindən xəbər verir.
"PAŞA Sığorta"nın rüblük yığımlarının 48,6%-i və yaxud 59,4 milyon manatı tibbi sığortanın hesabına formalaşıb. Şirkət hazırda könüllü tibbi sığorta bazarının təxminə 2/3-nə nəzarət edir. Bu da təbiidir. Çünki, əksər dövlət və özəl qurumlar əməkdaşlarının könüllü tibbi sığortalanmasını məhz "PAŞA Sığorta"ya etibar edir.
Bununla yanaşı, şirkət avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında, eləcə də əmlakın yanğından və digər risklərdən sığortasında böyük pay sahibidir. Yanvar-mart aylarında bu sığorta növləri üzrə yığımlar müvafiq olaraq 21,8 milyon manat və 15 milyon manat təşkil edib.
İnvestisiya portfelinin dəyəri 250 milyon manatı keçib
Son 1 ildə "PAŞA Sığorta"nın investisiya portfeli 9%-ə yaxın artım nümayiş etdirərək bu il aprelin 1-nə 250,65 milyon manat təşkil edib. Portfelin təxminən yarısı və yaxud 123,5 milyon manatı depozitlərdir. İl ərzində şirkətin banklarda yerləşdirdiyi vəsaitlərin məbləği 2,8 dəfə artıb. Depozitlərin rüblük gəlirliliyi isə 3,2 dəfə artımla 2,9 milyon manata yüksəlib. Hesabat tarixinə sığortaçı həmçinin 102,4 milyon manat dəyərində istiqrazlara, cümlədən 98,1 milyon manatlıq dövlət və 4,3 milyon manatlıq qeyri-dövlət istiqrazlarına malik olub. Onun digər investisiyalarının dəyəri isə 24,8 milyon manat təşkil edib.
Aktivləri yarım milyard manata çatıb
2026-cı il martın sonuna "PAŞA Sığorta" 497,1 milyon manatlıq aktivlərə malik olub. Bu 1 il əvvələ nisbətən 27,6% çoxdur. O cümlədən, şirkət aktivlər üzrə 119,4 milyon manat sığorta ehtiyatlarına malikdir ki, bu da 2025-ci il martın sonu ilə müqayisədə 2,9 dəfə artım deməkdir.
Hesabat dövründə "PAŞA Sığorta"nın öhdəlikləri 38,9% artımla bu il aprelin 1-nə 393,4 milyon manata yüksəlib. Şirkətin öhdəliklər üzrə sığorta ehtiyatları isə illik müqayisədə 46,55% çox – 343,8 milyon manat olub.
Sığortaçının balans kapitalı 103,7 milyon manat, o cümlədən nizamnamə kapitalı 50 milyon manat təşkil edib. Halbuki, Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi "Sığortaçının tələb olunan kapitalının minimum məbləği" 5 milyon manatdır. Bu isə "PAŞA Sığorta"nın kifayət qədər yüksək kapitallaşdığından, müştəriləri qarşısında öhdəliklərini yerinə yetirə bilməmək riskinin olmamasından xəbər verir. / marja.az

Banklar     Tarix: 25 aprel 2026

Oxşar xəbərlər

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət


iqtisadi xeberler bitcoin qiymeti biznes xeberleri valyuta kurslari dollar kursu