"PAŞA Yatırım Bankası"nın istiqrazları delistinq edilib
"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə "PAŞA Bank" ASC-nin Türkiyədəki törəməsi "PAŞA Yatırım Bankası"nın istiqrazları tədavül müddəti bitdiyinə görə delistinq edilib.
Bu barədə BFB-dən bildirilir.
Söhbət hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 25 min istiqrazından (25 milyon dollarlıq) gedir. Qiymətli kağızlar 1 917 gün tədavüldə olub. Onların illik gəlirliyi 4,85 % təşkil edib.
Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (təxminən 58 milyon manat). Bankın səhmlərinin 50,96%-i "PAŞA Bank"a, 49%-i Bankın daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 0,04%-i isə "Aksoy Holdinq"ə məxsusdur. / banker.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Dropshipping nədir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Biznes təlimlər və tədris üsulları
Biznes nədir və hansı növləri var?