"Premium Bank" - "Swissquote Bank" ilə müxbir əlaqələr qurub
(®) "Swissquote Bank" ilə əməkdaşlıq "Premium Bank" ASC-nin xarici maliyyə inistitutları ilə əlaqələrinin genişləndirilməsi istiqamətində atdığı növbəti uğurlu addımlarından biridir.
Xatırladaq ki, "Premium Bank" yaxın müddət ərzində həmçinin Amerika və İtaliyanın maliyyə institutları ilə də müxbir əlaqələr qurmuşdur. Banklar həmçinin xəzinədarlıq əməliyyatları sahəsində əməkdaşlıq barədə razılığa gəlmişdilər.
"Swissquote Bank" LTD İsveçrənin onlayn maliyyə və ticarət xidmətlərinin aparıcı təchizatçısı olmaqla Avropann öndəgedən baklarından biridir. 29 may 2000-ci ildən SIX İsveçrə Birjasında (simvol: SQN) siyahıya alınmışdır. Swissquote Qrupunun baş ofisi Glandda yerləşir, bununla yanaşı onun Sürix, London, Lüksemburq, Malta, Buxarest, Dubay, Kipr, Sinqapur və Honq Konq kimi şəhərlərdə ofisləri var. "Swissquote Bank" 2021-ci ildən UEFA Avropa Liqasının rəsmi sponsorudur.
"Premium Bank" ASC Avropanın aparıcı bankı ilə əməkdaşlıq haqqında əldə etdiyi razılaşma bankın qlobal maliyyə arenasında statusunun möhkəmlənməsinə xidmət edəcəkdir. / marja.az

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Françayzinq nədir və necə olur?
5 liderlik göstəricisi
Kriptovalyuta nədir və necə alınır?
Onlayn biznes növləri
SWIFT nədir?