"Prior Kredit BOKT" böyüyüb, faiz gəlirləri 3 dəfədən çox artıb
"Prior Kredit BOKT" ASC 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.
Marja.az xəbər verir ki, ötən il "Prior Kredit"in cəmi aktivləri 722 min manat və ya 28% artaraq 3 milyon 297 min manata çatıb. O cümlədən, Təşkilatın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 821 min manat və ya 35% aratraq 3 milyon 166 min manata yüksəlib.
"Prior Kredit BOKT"in faiz gəlirləri 2021-ci ildə 186 min manat ikən, 2022-ci ildə 571 min manat təşkil edib (3,1 dəfə artıb).
Ötən il "Prior Kredit BOKT" ehtimal olunan kredit itkiləri üçün 254 min manatlıq ehtiyat yaratdığından ili 342 min manat xalis zərər ilə başa vurub. Təşkilat 2021-ci ili 520 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il "Prior Kredit BOKT"ın xalis zərəri 34,2% azalıb.



Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
İKEA şirkətinin tarixi
Biznes qurmaq üçün nə lazımdır?
Layihə menecmenti nədir?
Biznes təlimlər və tədris üsulları
SMM nə deməkdir?