Rabitəbank müştəriləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar

Rabitəbank müştəriləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar®Rabitəbankın innovativ kart məhsulu olan Kartmane 2025-ci ildə də müştərilərinə alış-verişdən real qazanc əldə etmək imkanı yaratmaqda davam edib. İl ərzində həyata keçirilən kampaniyalar, xüsusi tərəfdaş təklifləri və geniş istifadə imkanları nəticəsində kart sahibləri ümumilikdə 12 milyon manatdan çox keşbek qazanıblar. Bu məbləğin 113 min 242 manatı isə partnyor şəbəkəsində edilən ödənişlər hesabına formalaşıb.
Aparılan təhlillərə əsasən, ötən il üzrə ən çox qazanc əldə olunan istiqamətlər sırasında yanacaqdoldurma məntəqələri, supermarket alış-verişi və gündəlik tələbat kateqoriyaları ilk sıralarda yer alıb. Müştərilərin gündəlik xərclərini məhz bu sahələr üzrə həyata keçirməsi Kartmane kartlarının praktiki maliyyə üstünlüyünü daha da artırıb.
İl ərzində müştərilərə geri qaytarılan ümumi keşbek məbləği əhəmiyyətli göstərici ilə yadda qalıb. Fərdi nəticələrdə isə bəzi kart sahiblərinin illik qazancı rekord həddə çataraq proqramın effektivliyini real rəqəmlərlə təsdiqləməsi diqqət çəkib. 
Hazırda Kartmane istifadəçiləri 500-dən artıq partnyor mağaza və xidmət nöqtəsində edilən ödənişlərdən keşbek qazanmaq imkanına malikdirlər. Tərəfdaş şəbəkəsinin davamlı genişlənməsi isə istifadəçilərə daha çox seçim və daha çox qazanc imkanı yaradır.
"KARTMANE" NİN UNİKAL ÜSTÜNLÜYÜ: KATEQORİYA SEÇİMİ ETMƏDƏN QAZANC MODELİ
Kartmane kartlarını fərqləndirən əsas xüsusiyyət onun keşbek mexanizmindədir. Belə ki, kart sahibləri əlavə kateqoriya seçimi mərhələsi olmadan müxtəlif istiqamətlər üzrə edilən ödənişlərdən avtomatik keşbek qazanır.
Kartmane sahibləri kateqoriya seçimi etmədən, eyni anda 14 fərqli kateqoriyanın hər biri üzrə keşbek qazanırlar. Bu isə o deməkdir ki, yanacaq, market, restoran, əyləncə, xidmət və digər gündəlik xərclərin hamısı avtomatik olaraq qazanca çevrilir. Nəticədə müştərilər xərclərini planlaşdırmadan belə maksimum geri ödəniş əldə edir, kart istifadəsi isə daha rahat və sərfəli olur.
Linkdən Kartmane keşbek proqramı və tərəfdaş şəbəkəsi barədə daha ətraflı məlumat əldə etmək mümkündür.
Qeyd edək ki, Kartmane Debet, Kartmane Taksit/Kredit, Kartmane Visa Infinite, Kartmane Mastercard Black Edition və Kartmane Junior, KartmaneBiz, Kartmane Biznes Visa Platinum kartlarının hər biri fərqli ehtiyaclara uyğun üstünlüklərlə yanaşı, stabil keşbek qazancı təqdim edir.
Linkə keçid edərək, istəyinizə uyğun Kartmane kartı sifariş edə bilərsiniz.
Hal-hazırda "Rabitəbank" ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "Rabita Business" tətbiqi, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir. / banker.az

Banklar     Tarix: 10 fevral 2026

Oxşar xəbərlər

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə


iqtisadi xeberler valyuta mezennesi investisiya emlak xeberleri dollar kursu