Rabitəbankdan bank, sığorta və mobil operator əməkdaşlarına özəl nağd pul krediti kampaniyası
®"Rabitəbank" ASC ölkədə müxtəlif sahələrdə çalışan peşəkarların maliyyə əlçatanlığını artırmaq məqsədilə yeni nağd pul krediti kampaniyasına start verib. Kampaniya çərçivəsində bank, sığorta və mobil operator əməkdaşlarına xüsusi şərtlərlə sərfəli kredit imkanları təqdim olunur.
Yeni kampaniyaya əsasən, müştərilər 50 000 AZN-dək kredit vəsaitini daha rahat və əlverişli şərtlərlə əldə edə bilərlər. Kredit müddəti maksimum 59 ayadək təklif olunur ki, bu da müştərilərə ödəniş planlarını öz maliyyə imkanlarına uyğun şəkildə qurmağa imkan verir. Kampaniya çərçivəsində fərqli müddətlər üzrə xüsusi faiz dərəcələri tətbiq edilir və bu yanaşma müştərilərə daha çevik seçim imkanı yaradır.
Belə ki, ilk 12 ay müddəti üçün kreditlər 9.5% faiz dərəcəsi ilə təqdim olunur. Daha uzunmüddətli maliyyələşmə imkanlarından yararlanmaq istəyən müştərilər üçün isə 24 ay üzrə 10%, 36 ay üzrə 11%, 48 ay üzrə isə 12% faiz dərəcələri müəyyən edilib. Bu isə kredit məhsulunu həm qısamüddətli, həm də uzunmüddətli planlaşdırma baxımından cəlbedici edir. Eyni zamanda, kreditlərin komissiyasız rəsmiləşdirilməsi əlavə xərclərin qarşısını alır və müştərilər üçün ümumi maliyyə yükünü minimuma endirir.
Kampaniyanın əsas üstünlüklərindən biri kredit əldə edən müştərilərə hədiyyə olaraq "Kartmane" taksit kartının təqdim olunmasıdır. Bu kart vasitəsilə müştərilər alış-verişlərini hissə-hissə ödəmək imkanı qazanaraq maliyyə yükünü daha rahat idarə edə bilirlər.
Rabitəbankın təqdim etdiyi bu kampaniya bankın müştəriyönümlü yanaşmasının və "Rahat bankçılıq" konsepsiyasının bariz nümunəsidir. Bank müxtəlif sahələrdə çalışan əməkdaşlara dəyər yaradan maliyyə həlləri təqdim etməklə onların həyat keyfiyyətinin yüksəldilməsinə və maliyyə planlamasının daha rahat qurulmasına dəstək olmağı hədəfləyir.
Müraciət üçün linkə keçid edə bilərsiniz:
Məlumat üçün bildirək ki, "Rabitəbank" ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və "Rahat bankçılıq" konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları "Azərbaycan Banklar Assosiasiyası"nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda "Rabitəbank" ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "Rabita Business" tətbiqi və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir. / banker.az

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Green Card nədir və onu necə əldə etmək olar?
Shopify-da necə satışa başlamaq olar?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
CV-nin tərtib edilməsi prinsipləri