Şirkətlərdən mənfəət vergisi üzrə daxilolmalar 6 % azalıb
2023-cü ildə Azərbaycanda hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə daxilolmalar 7 milyard 478,1 milyon manat proqnoza qarşı icra 8 milyard 24,3 milyon manat (546,2 milyon manat və yaxud 7,3 % çox), 2022-ci il müqayisədə isə 498,2 milyon manat və yaxud 5,8 % az icra olunub.
Bu barədə "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Məlumata görə, bu tədiyyə növü üzrə daxil olan vəsaitin 38,3 %-i və yaxud 3 milyard 73,3 milyon manat qeyri-neft sektorunun, 61,7 %-i və yaxud 4 milyard 851 milyon manatı neft sektorunun payına düşüb.
XXX
Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 13 % artıb
2023-cü ildə Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 1 milyard 700 milyon manat proqnoza qarşı 1 milyard 659,6 milyon manat (40,4 milyon manat və yaxud 2,4 % az), 2022-ci illə müqayisədə isə 185,2 milyon manat və yaxud 12,6 % çox icra olunub.
Məlumata görə, proqnozun tam icra olunmaması digər tədiyyə növləri üzrə artıq ödənilmiş vergilərin fiziki şəxslərin gəlir vergisi ilə əvəzləşdirilməsi ilə əlaqədardır.
İllik müqayisədə artıma səbəb isə ölkədə orta aylıq nominal əməkhaqqının 11,2 % artaraq 934 manat olması, əməkhaqqı fondunun isə 2 milyard 877,4 milyon manat və yaxud 15,5 % artmasıdır.
Hüquqi şəxslərin torpaq vergisi üzrə daxilolmalar proqnozdan 4 % çox olub
2023-cü ildə Azərbaycanda hüquqi şəxslərin torpaq vergisi üzrə daxilolmalar 46 milyon manat proqnoza qarşı icra 47,8 milyon manat (1,8 milyon manat və yaxud 3,9 % çox) icra olunub.
Məlumata görə, bu tədiyyə növü üzrə daxil olan vəsaitin 68,6 %-i və yaxud 32,8 milyon manat qeyri-neft sektorunun, 31,4 %-i və yaxud 15 milyon manatı neft sektorunun payına düşüb.
Hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmalar 27 % artıb
2023-cü ildə Azərbaycanda hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmalar 312 milyon manat proqnoza qarşı icra 292,8 milyon manat (19,2 milyon manat və yaxud 6,2 % az), 2022-ci illə müqayisədə isə 61,3 milyon manat və yaxud 26,5 % çox icra olunub.
Məlumata görə, bu tədiyyə növü üzrə daxil olan vəsaitin 70,2 %-i və yaxud 205,5 milyon manat qeyri-neft sektorunun, 29,8 %-i və yaxud 87,3 milyon manatı neft sektorunun payına düşüb. / marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Az pulla hansı işi qurmaq olar?
Marketinq nə demədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznes təlimlər və tədris üsulları
Bitcoin necə işləyir?