"TCF" ASC kredit təşkilatının gəlirləri artsa da, bu səbəbdən xalis mənfəəti azalıb
"TCF Bank Olmayan Kredit Təşkilatı" ASC 2022-ci ildə faiz gəlirlərini yüksəldi, lakin problemli kreditlər üzrə ayırmalar onun xalis mənfəətin kəskin təsir göstərib.
Banker.az "TCF" BOKT-un illik audit hesabatına istinadla xəbər verir ki, ötən il 2 mln. 801 min manat faiz gəliri əldə edib. Bu, illik 44 faiz artımdır. Faiz xərcləri 1 mln. 5 min manat olub (2021: 504 min manat).
Audit hesabatında göstərilir ki, maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə 588 min manat xərc çəkib. Onun ümumi və inzibati xərcləri illik müqayisədə 34% artımla 706 min manat olub.
Beləliklə, 2022-ci ildə 270 min manat xalis mənfəət əldə edib. 2021-ci ildə onun xalis mənfəəti 818 min manat idi.
Bu xalis mənfəətdən sonra onun balansında 801 min manat yığılmış mənfəət var.


"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub
"Yelo Bank" ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib. xəbər verir ki, bankın Müşahidə Şurasının üzvü Endryu Dmitry Pospelovski vəzifəsindən ayrılıb. Müşahidə Şurasının digər üzvü Engelhardt Thomasdır
"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək
"Bank Respublika" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 19 oktyabr 2026-cı il saat 12:00-da Bankın Bakı şəhəri, Xaqani küçəsi 21 ünvanında yerləşən Baş Ofisində keçiriləcək
ABB partnyorları ilə görüş ®
ABB-nin partnyorları ilə kommunikasiyaların daha da inkişafı, Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında faydalı rəylərin öyrənilməsi məqsədilə partnyorlarla görüş keçirilib. Görüşdə ABB-nin 80-dən çox partnyoru iştira
AMB maliyyə qruplarına da nəzarət edəcək
Azərbaycan Mərkəzi Bankının (AMB) ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarının da fəaliyyətinə nəzarət etməsi nəzərdə tutulur. xəbər verir ki, bu, "Mərkəzi Bank" haqqında qanund