Texnologiyada qadın gücü: Bir "Ctrl is hers" proqramına start verdi
®Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir qadınların texnologiya sahəsindəki rolunu gücləndirir.
Bir ekosistemi texnologiya sahəsində qadınların iştirakını genişləndirmək, onların potensialını üzə çıxarmaq və real inkişaf imkanları yaratmaq məqsədilə "Ctrl is hers" proqramına start verir.
Proqramın məqsədi data analitikası, kibertəhlükəsizlik, süni intellekt, proqramlaşdırma, bulud texnologiyaları və digər rəqəmsal istiqamətlər üzrə karyera qurmaq istəyən qadınlara dəstək olmaqdır.
"Ctrl is hers" proqramı yalnız iştirakçılara bilik və bacarıq verməklə kifayətlənmir – ölkənin rəqəmsal ekosistemində güclü qadın istedadların formalaşmasına dəstək olmağı və daha inklüziv texnologiya mühitini yaratmağı hədəfləyir.
Proqramda texnologiya ixtisasları üzrə təhsil alan qadın tələbələr, yeni məzunlar, karyerasını texnologiya sahəsinə yönləndirmək istəyən qadınlar, eləcə də texnoloji rollarda karyeraya sahib olan qadın mütəxəssislər iştirak edə bilərlər.
İştirakçılar texniki və yumşaq bacarıqlar üzrə təlimlər almaqla yanaşı, praktik layihələr üzərində çalışacaq və real iş mühitində təcrübə qazanacaqlar.
Sonda yüksək nəticə əldə etmiş iştirakçılar Bir daxilində təcrübə proqramları, mentor dəstəyi və karyera imkanlarından faydalana biləcəklər.
Qeydiyyat üçün son tarix: 23 may 2026-cı il
Proqram haqqında ətraflı məlumat: www.b-b.az/hrcareer
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – "Birbank" rəqəmsal mobil bankçılıq tətbiqi, "Birmarket" e-ticarət platforması, "Milliön" ödəniş terminalları və "m10" rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də "Trendyol Azərbaycan" və "BakıKart"la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı məlumat üçün: / banker.az

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Green Card nədir və onu necə əldə etmək olar?
Shopify-da necə satışa başlamaq olar?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
CV-nin tərtib edilməsi prinsipləri