TuranBank ASC 2023-cü ilin I rübünün nəticələrini elan edib

TuranBank ASC 2023-cü ilin I rübünün nəticələrini elan edib®Azərbaycanın maliyyə sektorunda fəaliyyətini daha da genişləndirməyə davam edən TuranBank ASC 2023-cü ilin I rübünün maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlamışdır.
Belə ki, 1 aprel 2023-cü il tarixinə TuranBank-ın cəmi aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 16.1% və ya 120.7 mln. manat artaraq 872.3 mln. manat, müştərilərə verilmiş kreditləri 22.4% və ya 102.4 mln. manat artaraq 559.3 mln. manat, o cümlədən biznes müştərilərinə verilmiş kreditləri isə 16.4% və ya 45.1 mln. manat artaraq 319.6 mln. manat təşkil edib. Bankın cəmi depozit portfeli keçən ilin müvafiq dövrü ilə müqayisədə 10.4% və ya 44,9 mln. manat artaraq 477,1 mln. manat, o cümlədən fiziki şəxslərin depozitləri 33.3% və ya 92.2 mln. manat artaraq 368.8 mln. manat olub.
2023-cü ilin I rübü ərzində Bank real sektorun dəstəklənməsi istiqamətində də Beynəlxalq maliyyə institutları ilə aktiv fəaliyyətini davam etdirib. Belə ki, TuranBank nüfuzlu maliyyə qurumu Incofin İnvestisiya və IIV Mikrofinanz Fondları ilə Kiçik və Orta sahibkarlığın (MKOS) maliyyələşdirilməsini genişləndirmək məqsədilə 5 milyon manat həcmində kredit sazişi, həmçinin Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə kənd təsərrüfatı kreditləşməsi sahəsində Bankın bilik və təcrübələrinin daha da inkişaf etdirilməsi məqsədilə yeni saziş imzalayıb.
Məlumat üçün bildirək ki, TuranBank institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bank Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB),  Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), EMF Mikromaliyyə Fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB), Sparkassenstiftung və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə Kiçik və Orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olub.
2023-cü ilin I rübü ərzində TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində "YAŞAT" Fondunun təşkilatçılığı ilə həyata keçirilən "YAŞAT" idman düşərgəsinə maliyyə dəstəyi göstərərək şəhid və qazi övladlarının arzularını gerçəkləşdirib. Həmçinin ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini davam etdirən Bank Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı təşkil olunmuş ağacəkmə aksiyasına qoşulub.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank ASC 19 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank
Bizimlə etibarlıdır… / banker.az

Banklar     Tarix: 25 aprel 2023

Oxşar xəbərlər

"PAŞA Bank" yarımillik nəticələrini açıqladı - Aktivləri 10 milyard manata yaxınlaşıb

PAŞA Bank 2026-cı ilin ilk yarısının maliyyə və biznes nəticələrini mətbuat konfransında açıqlayıb. Bu, Bankın Azərbaycanda özəl bank sektorunda ilk IPO-nu uğurla başa çatdırmasından sonra keçirdiyi ilk mətbuat konfrans

BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) problemli kreditləri ilə əlaqədar yeni qaydaların hazırlanması üzərində işləyir. Bunu AMB-nin Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarə

"Yelo Bank"da çalışanların sayı açıqlandı

"Yelo Bank" ASC 2026-cı ilin II rübünün yekunlarına əsasən işçi heyətinin dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin martın 31-nə olan məlumata əsasən bankd

Rabitəbank 32-ci filialını Bakıxanovda açdı

Rabitəbank filial şəbəkəsini genişləndirərək müştərilərinə daha yaxın olmaq və bank xidmətlərinə əlçatanlığı artırmaq istiqamətində növbəti addım atıb. Bankın sayca 32-ci filialı Bakı şəhəri, Sabunçu rayonunda yerləşən "Bakıxano

AMB maliyyə qruplarına da nəzarət edəcək

Azərbaycan Mərkəzi Bankının (AMB) ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarının da fəaliyyətinə nəzarət etməsi nəzərdə tutulur. xəbər verir ki, bu, "Mərkəzi Bank" haqqında qanund

Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb

2026-cı ilin ilk yarısında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 356,7 milyon dollar pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki 213,1 milyon dollarla müqayisədə 67,4% artım deməkdir. Azərbaycan Mərkəzi Bankın

Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb

2026-cı ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi həcmi 13% azalaraq 207,88 milyon dollara düşüb. Ötən ilin müvafiq dövründə bu göstərici 238,18 milyon dolla

Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi

Azərbaycan Mərkəzi Bankında (AMB) Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbə yaradılıb. xəbər verir ki, İdarə Heyıətinin sədrinin əmri ilə şöbəyə İlahə Həsən qızı Baxışova-Tahirli müdir təyin edilib. Şöbənin əsas fəaliyyə

Enerji xərclərinizi "Unibank"la azaldın

Evinizdə və ya biznesinizdə enerji xərclərini azaltmaq istəyirsiniz? "Unibank" enerji effektivliyi layihələri üçün yeni güzəştli kredit imkanı təqdim edir. Bank Enerji Effektivliyi Fondunun vəsaiti hesabına bu layihələr


iqtisadi xeberler bitcoin qiymeti bitkoin kicik biznes dollar məzənnəsi