Türkiyə bankının Azərbaycanda xalis mənfəəti 5 dəfədən çox artıb

Türkiyənin "Yapı Kredi" bankının Azərbaycanda törəməsi olan "Yapı Kredi Bank Azərbaycan" QSC 2023-cü ilin 1-ci rübünü 2 milyon 161 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ilin 1-ci rübünü 400 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2022-ci ilin ilk rübü ilə müqayisədə 2023-cü ilin ilk rübündə "Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti 5,4 dəfə artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından və mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayrılan vəsaitin 3 dəfədən çox azalması ilə əlaqədardır.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, "Yapı Kredi Bank Azərbaycan" QSC-nin cəmi əməliyyat gəlirləri 2022-ci ilin 1-cü rübü ilə müqayisədə 2023-cü ilin 1-ci rübündə 2 milyon 915 min manat artaraq 12 milyon 604 min manat, əməliyyat xərcləri isə 1 milyon 523 min manat artaraq 9 milyon 297 min manat təşkil edib. Bankın həm faiz, həm də qeyri-faiz gəlirləri artıb.
Gəlirlərinin xərclərindən daha çox artması ilə əlaqədar olaraq "Yapı Kredi Bank Azərbaycan"ın əməliyyat mənfəəti 1 milyon 392 min manat artaraq 3 milyon 308  min manat təşkil edib. 2022-ci ilin ilk rübü  rübündə "Yapı Kredi Bank Azərbaycan"ın əməliyyat mənfəəti 1 milyon 916 min manat təşkil etmişdi. Bank cari ilin ilk rübündəki 3 milyon 308  min manat əməliyyat mənfəətindən 352 min manat mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırıb, 795 min manat mənfəət vergisi ödəyib. 
BANK BÖYÜYÜB
Ötən ilin sonu ilə müqayisədə ilk rübdə "Yapı Kredi Bank Azərbaycan"ın cəmi aktivləri 3 milyon 579 min manat artaraq 485 milyon 506 min manata çatıb. Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) isə cüzi azalaraq 235 milyon 241 min manat təşkil edib. Ötən ilin sonunda Bankın kredit portffeli 236 milyon 945 min manata çatmışdı.
İlk rübdə "Yapı Kredi Bank Azərbaycan"da depozitlər 1 milyon 871 min manat artaraq 365 milyon 728 min manata yüksəlib. 
MƏCMU KAPİTALI ARTIB
31 dekabr 2023-cü il tarixində "Yapı Kredi Bank Azərbaycan" 77 milyon 707 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 75 milyon 75 min manat məcmu kapitala malik idi.
"Yapı Kredi Bank Azərbaycan" QSC-nin nizamnamə kapitalının 99.8%-i "YapıKredi Bank AŞ"yə, 0,1%-i "Yapı ve Kredi Yatırım Menkul Değerler A.Ş"yə, 0,1%-i "Yapı Kredi Finansal Kıralama A.O"ya məxsusdur. 
Türkiyə bankının Azərbaycanda xalis mənfəəti 5 dəfədən çox artıbTürkiyə bankının Azərbaycanda xalis mənfəəti 5 dəfədən çox artıbTürkiyə bankının Azərbaycanda xalis mənfəəti 5 dəfədən çox artıb

Banklar     Tarix: 25 aprel 2023

Oxşar xəbərlər

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,


iqtisadi xeberler internetden pul qazanmaq dollar manat kursu valyuta kurslari iqtisadiyyat xeberleri