Türkiyə və Gürcüstanda da fəaliyyət göstərən Azərbaycan bankı 102 milyon xalis mənfəət açıqladı

Türkiyə və Gürcüstanda da fəaliyyət göstərən Azərbaycan bankı 102 milyon xalis mənfəət açıqladıPAŞA Bank aprel ayının 5-i keçirilən mətbuat konfransında 2020-ci ilə dair fəaliyyətinin yekunlarını və törəmə bankları olan "PASHA Bank Georgia" SC və "PAŞA Yatırım Bankası" A.Ş.-nin  maliyyə nəticələrini açıqlayıb.
PAŞA Bankın yaydığı məlumatda bildirilir ki, Bank, 2022-ci ildə də Azərbaycanın maliyyə sektorunda öz mövqeyini qorumağa və fəaliyyətini daha da genişləndirməyə davam edib. Bank, 648 milyon 284 min manat dəyərində olan ümumi kapital həcmi ilə ölkənin ən böyük kommersiya bankı mövqeyini qoruyub saxlayıb (2021-ci ildə 560 milyon 56 min manat). İl sonu etibarilə PAŞA Bankın cəmi aktivləri 9 milyard 217 milyon 947 min manat təşkil edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 32% artıb (2021: 7 milyard 8 milyon 183 min manat).
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
31 dekabr 2022-ci il tarixinə Bankın aktivlərinin açıqlaması aşağıdakı kimidir:
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri - 36%
Müştərilərə verilmiş kreditlər - 36%
Kredit Təşkilatlarına verilmiş kreditlər - 6%
Qiymətli kağızlar portfeli - 20%
Digər cari və uzunmüddətli aktivlər - 2%
Türkiyə və Gürcüstanda da fəaliyyət göstərən Azərbaycan bankı 102 milyon xalis mənfəət açıqladıPAŞA Bank 2022-ci ildə ümumi kredit portfelini 8% artıraraq 3 milyard 388 milyon 59 min manata (2021: 3 milyard 123 milyon 469 min manat) çatdırıb və kreditləşmədə ciddi artım əldə edib. Portfel üzrə effektiv ehtiyat dərəcəsi 3,38% (2021: 3,08%) təşkil edib. Qeyd olunan dövr ərzində davamlı şəkildə müştərilərə xidmət göstərən Bank, son illər ərzində inkişaf etdirdiyi biznes əlaqələrindən bəhrələnir. Bunun nəticəsi olaraq, PAŞA Bankın müştəri depoziti bazası 2022-ci ildə 7 milyard 252 milyon 655 min manata (2021: 5 milyard 181 milyon 851 min AZN) çatıb.
Müştəri depozitləri əsasən tələbli və müddətli hesablarda müvafiq olaraq 76% və 24% nisbətində cəmlənib (2021: 70% and 30%). Bank, 2022-ci maliyyə ili üçün 101 milyon 926 min manat xalis mənfəət (2021: 102 milyon 317 min manat) qazandığını elan edib. Eyni dövr üçün toplam əməliyyat gəlirləri 390 milyon 403 min manat təşkil edib ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 25% çoxdur (2021: 312 milyon 366 min manat). Bankın faiz gəlirləri 384 milyon 316 min manata, qeyri-faiz gəlirləri 92 milyon 673 min manata çatıb. Nəticədə qeyri-faiz gəlirinin ümumi əməliyyat gəlirlərinə nisbəti 24% təşkil edib.
"Beynəlxalq maliyyə institutları ilə əhatəli danışıqlar sayəsində geniş miqyaslı maliyyə alətlərindən istifadə imkanı əldə edən PAŞA Bank, korporativ müştərilərinə daha çox ticari maliyyə xidmətləri göstərməyə nail olub. Bank, həmçinin "Standard & Poors" Qlobal Reytinq agentliyindən kredit reytinqi aldıqdan sonra müştərilərin maliyyələşdirilməsi üçün daha yaxşı şərtlər əldə edib. Bank, institusional səviyyədə müştərilərlə münasibətdə məhsuldarlığı artıraraq vaxtında peşəkar xidmətlər göstərmək üçün müxtəlif seminarlar və təlimlər keçirib",- Bankın məlumatında bildirilir.
2022-ci ildə sənədləşmə əməliyyatları balansı (maliyyələşdirmə sonrası daxil olmaqla) 259 milyon 23 min manat (2021: 326 milyon 241 min manat) təşkil edib. PAŞA Bank 2022-ci ildə sərmayə yetərlilik nisbətinin ARMB-nin kapital qoyuluşları üzrə tələbinə uyğun olaraq 17.1% təşkil etdiyini açıqlayıb (2021: 13.4%). Bank, "Basel II" və "Basel III" dövrünü bitirdikdən sonra kapitalını dividendlər vasitəsilə səhmdarlara qaytararkən tələb olunan kapital səviyyələrinə diqqət yetirməyə davam edir.
* Əksi göstərilmədikcə, bütün rəqəmlər 31 dekabr 2022-ci il tarixi etibarilə təqdim edilib və audit olunmuş konsolidasiya edilmiş maliyyə hesabatlarına əsaslanıb.
Türkiyə və Gürcüstanda da fəaliyyət göstərən Azərbaycan bankı 102 milyon xalis mənfəət açıqladı/ marja.az

Banklar     Tarix: 18 may 2023

Oxşar xəbərlər

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin


iqtisadi xeberler bitkoin qiymeti birbank bitcoin qiymeti investisiya