Unibank 2025-ci ildə 4,5 milyon manata yaxın yaşıl kredit verib
®Unibank 2025-ci il ərzində dayanıqlı maliyyələşmə istiqamətində fəaliyyətini genişləndirərək, ümumilikdə 4 445 000 manat məbləğində 14 kredit təqdim edib. Bu maliyyələşmələr bankın yaşıl iqtisadiyyatın təşviqinə yönələn yanaşmasının tərkib hissəsi olmaqla, ekoloji mənfi təsiri azaldan və resurs səmərəliliyini artıran həllərə dəstəyi gücləndirir.
İl ərzində təqdim olunan kreditlərin əsas hissəsi yaşıl nəqliyyatın maliyyələşdirilməsinə yönəlib. Belə ki, 4 040 000 manat məbləğində 13 kredit məhz yaşıl nəqliyyat üzrə maliyyələşdirməni əhatə edib. Bu kreditlər daha səmərəli və ekoloji baxımdan üstün nəqliyyat həllərinin genişlənməsinə töhfə verərək, karbon emissiyalarının azaldılması istiqamətində müsbət təsir yaradır.
Yaşıl nəqliyyat portfeli daxilində Yango layihəsi xüsusi paya malikdir. Layihə çərçivəsində 3 245 000 manat məbləğində 8 kredit təqdim olunub.
Bununla yanaşı, 405 000 manat məbləğində 1 kredit tibb mərkəzində avadanlıqların yenilənməsinin maliyyələşdirilməsi məqsədilə verilib. Yenilənən avadanlıqlar elektrik enerjisinə əhəmiyyətli qənaət edilməsinə töhfə verərək, enerji səmərəliliyinin artırılmasını dəstəkləyir.
"Unibank"ın 2025-ci ildə təqdim etdiyi yaşıl kreditlər bankın Dayanıqlılıq Strategiyası və ona əsaslanan Dayanıqlılıq Siyasəti ilə birbaşa uzlaşır. Bank dayanıqlı maliyyə həllərini genişləndirməklə, ölkənin yaşıl iqtisadiyyat gündəliyinə, iqlim öhdəliklərinə və enerji səmərəliliyi istiqamətində hədəflərinə töhfə verməyə davam edir.
Unibank- Sənin Bankın! / banker.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyada ən çox oxunan 5 kitab
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Dünyanın ən zəngin idmançıları
Bitcoin nədir?
"Freelance" nədir?