"Unibank" 80 mln. manatlıq problemli kreditlə ili başa vurub

"Unibank" ASC 2022-ci ildə də kredit portfelində vaxtı keçmiş kreditlər üzrə vəziyyəti yaxşılaşdıra bilməyib.
Banker.az xəbər verir ki, bankın 1 yanvar 2023-cü il tarixinə 889.59 milyon manatlıq kredit portfeli olub, bunun 809.66 mln. manatı caridir. Yəni qalan 9%-i, yaxud 79.93 mln. manatının vaxtı keçmiş kreditdir.
İstehlak kreditlərində vaxtı keçmiş kreditlərin payı 11% (57.49 mln. manatı) olub ki, bu da respublika orta göstərici xeyli yuxarıdır.
Mərkəzi Bank açıqlayıb ki, Azərbaycanda kredit portfelinin cəmi 2.9%-i problemli kreditlərdir.
Cəmi kredit portfeli üzrə vaxtı keçmiş kreditlərin 36.61 milyon manatının durumu qeyri-qənaətbəxş saymaq olar.
Hətta portfeldə artıq 10.63 mln. manatı isə "ümidsiz" aktivlərdir. "Ümidsiz aktivlər"in 8.96 mln. manatı isə biznes kreditləridir.
Qeyd edək ki, "Unibank" ASC-nin kredit portfelinin böyük hissəsi  678.8 mln. manatı təminatsız verilib. Məsələn, 547,21 mln. manatlıq istehlak kreditinin 531.39 mln. manatı təminatsızdır.
Mərkəzi Bankın qaydalarına görə, vaxtı keçmiş kreditlərin tam təminatlı 270 günü və təminatsız isə keçərsə "ümidsiz" sayılır.
Xatırladaq ki, "Unibank" 2022-ci ildə əldə etdiyi 24.51 mln. manatlıq əməliyyat mənfəətindən 23.57 mln. manatlıq mümkün zərərlər üçün məqsədli ehtiyat yaradıb və bu onun xalis mənfəətinin artımına kəskin "neqativ" təsir edib.

Banklar     Tarix: 26 yanvar 2023

Oxşar xəbərlər

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, indiyə qədər həmi

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l


iqtisadi xeberler 1000 manatla biznes internetden pul qazanmaq valyuta mezennesi bitcoin