Unibank depozit bazarında cəlbedici görünmək istəyir

Unibank depozit bazarında cəlbedici görünmək istəyir"Unibank Kommersiya Bankı" ASC müddətli əmanətlərinin faizlərini qaldıraraq bazarda cəlbedici görünmək istəyir və bununla yeni vəsaitini hədəfləyir.
Banker.az xəbər verir ki, bank "Müddətli" əmanətinin faizlərini son həftə ərzində 10%-dən 11%-ə qədər artırıb. 11% dedikdə illik olmaqla 24 ay müddətinə olan depozitlərə aid edilir. O, bir il üçün illik faiz dərəcəsini 10%-dən 10.5%-ə qaldırıb, 1 ildən aşağı hissəsinə hazırda 9-10% diapazonunda illik gəlirlilik təklif edir.
Kredit təşkilatı bir neçə ildir əksər banklardan daha yüksək depozit faizləri tətbiq edir ki, bazarda mövqe qursun, kredit vermək üçün vəsait olsun. 2022-ci ilin sonuna olan göstəriciyə görə, bankın 989.74 milyon manatlıq depozitlərinin cəmi 441.86 milyon manatı tələblidir. Qalanı isə bank üçün müddətlər üzrə faiz xərcidir. Bank ötən il də uzunmüddətli depozitlərin cəlbində böyük artıma nail ola bilmədi. Banka depozit yatıranların əksəriyyəti qısa müddət – bir ildən aşağı depozitlər yatırmağı üstün tutmuşdular.
Bankın likvidlik riski hesabatında, onun 547.88 mln. manatlıq müddətli depozitlərinin 93%-dən çoxu, yaxud 512.24 mln. manatı 1 ildən aşağı müddətə cəlb edilən depozitlərdir.
Bank əksər hallarda depozitləri cəlb edərkən onları əsas fəaliyyət istiqaməti olan kreditlərə yönəldir. Yoxsa, müştəridən cəlb edilən 11%-lik depozitləri kapital bazarında (düzdür az risklidir) aşağı gəlirli qiymətli kağızlarına yönəltməsi gəlirlilikdənsə xərcə çevrilə bilər.
"Unibank" fiziki şəxslərdən depozit cəlb edir, elə böyük hissəsini fiziki şəxslərə kredit kimi verir. Ötən il kreditlərində istehlak kreditlərinin payını bir qədər də yüksəltdi. Belə ki, bankın 889.59 mln. manatlıq kredit portfelinin 547.21 mln. manatı istehlak, yəni fiziki şəxslərə verdiyi kreditlər idi. Bankın istehlak kreditləri 26% artarkən, biznes kreditləri 13% artım göstərdi.
Qeyd edək ki, bank öncəki illərdə ard-arda zərər etdiyindən, 1 yanvar 2023-cü il tarixinə balansında 35.04 mln. manat yığılmış zərəri var.

Banklar     Tarix: 17 aprel 2023

Oxşar xəbərlər

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler bitcoin iqtisadiyyat xeberleri bitkoin qiymeti biznes ideyalari