Unibank-ın kreditlərində "problemlər" artıb  

Unibank-ın kreditlərində "Unibank KB" ASC-nin kredit portfelində vaxtı keçmiş kreditlərin payı bir qədər də yüksələrək 2023-cü ilin ilk rübündə 9%-dən 12%-ə yüksəlib və bu ölkə üzrə orta göstəricidən olduqca yuxarıdır.
Banker.az "Unibank"ın 2023-cü ilin 1-ci rübünə olan maliyyə hesabatındakı "Kredit riski" bölməsindəki qeydlərə istinad edərək bildirir ki, bankın  940.57 mln. manat həcmində olan kredit portfelinin 109 milyon üzərində olan hissəsi vaxtı keçmiş (gecikmədə olan) kreditlər təşkil edib.
Azərbaycan Mərkəzi Bankının 1 aprel 2023-cü il tarixinə olan göstəricilərinə görə, kredit təşkilatlarında ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin payı 2.9% təşkil edir. Yəni, gecikmədə olan kreditlərin kredit porfelinə nisbətinə görə ölkə üzrə ortalama 2.9% təşkil etdiyi halda, "Unibank"da bu göstərici 12% təşkil edir.
Kommersiya bankın kreditləşmədə əsas hədəfi illərdir ki, istehlak, yəni fiziki şəxslərə verilən nağd kreditlərdir və portfelin əsas problemli hissəsi də həmin şəxslərə verilən kreditlərlə bağlıdır. 2023-cü ilin birinci rübündə  578.87 milyon manatlıq istehlak kreditlərinin 15%-i (84.51 mln. manat) vaxtı keçmiş kreditlərdir. Bank üçün risk əhəmiyyət daşıyan əsas məsələ də budur ki, istehlaka verilən kreditlərin 97%-i təminatsızdır.
İstehlak kreditlərinin  26.99 milyon manatlıq hissəsi 121 gün üzərində vaxtı keçmiş kreditlərdir və bu "təhlükəli" kateqoriya ilə təsnifləşdirilir. İlk rübün əvvəlində bu rəqəm 20.74 mln. manat idi. Vaxtı keçmiş kreditlərin 150 günü keçmiş hissəsi isə 16.71 mln. manatdan 22.91 mln. manata yüksəlib və bu da "ümidsiz" kredit kimi təsnifləşdirilir.
Hazırda maliyyə bazarlarının requlyatorunun aktiv olan – "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları"na görə, istehlak kreditlərində 121 – 150 gün təhlükəli və 150 gündən artıq olan hissəsi isə ümidsizdir.
Aktivlərdə "pisləşmə"  "Unibank"ın biznes kreditlərində də müşahidə edilir. 1 aprel 2034-cü il tarixinə  289.8 mln. manatlıq biznes kreditlərinə sahib olub. Bu kreditlərin vaxtı keçən hissəsi  23.54 mln. manatdır ki, ümumi biznes kreditlərinin 8.1%-dir. 2023-cü ilin birinci rübünün əvvəlinə vaxtı keçmiş biznes kreditlərinin ümumi biznes kreditləri portfelində payı 7.8% idi.
Amma biznes kreditlərində riskləri neytrallaşdıran faktor onun təminatlı hissəsinin istehlak kreditindəkindən bir qədər yuxarı olmasıdır. Bankın biznes kreditinin yalnız  150.4 mln. manatı təminzatsızdır.Unibank-ın kreditlərində

Banklar     Tarix: 26 aprel 2023

Oxşar xəbərlər

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard


iqtisadi xeberler biznes xeberleri biznes qurmaq pul qazanmaq dollar mezenne