VTB Azərbaycan biznes-kreditlər üzrə komissiyanı ləğv edir

VTB Azərbaycan biznes-kreditlər üzrə komissiyanı ləğv edir®VTB (Azərbaycan) hüquqi şəxslərin kreditləşdirilməsi şərtlərini sadələşdirib. Bank mikro, kiçik və orta biznes üçün bütün kreditlər üzrə komissiyanı ləğv edib. İlin əvvəlindən ölkədə VTB-nin bu seqmentdə müştərilərinin sayı 60% artaraq 3.8 mini ötüb.
Mikro biznes sahibləri maksimal müddəti 36 ay olan 50.000 manatadək kredit götürə bilərlər. Eyni zamanda, 10 000 manata qədər krediti maliyyə təhlili aparılmadan, 7 000 manata qədər isə zaminsiz almaq mümkündür.
Kiçik və orta biznes üçün kreditlər 50 milyon rus rublunadək və ya manat ekvivalentində 60 ayadək müddətə verilir. Bank həm də Respublika Sahibkarlığın İnkişafı Fondunun xətti ilə illik 5 faizlə, 10 ilədək güzəştli kreditlər də təklif edir.
"Mikro, kiçik və orta biznesin maliyyələşdirilməsi VTB (Azərbaycan) üçün strateji iş sahəsidir. Bu gün bu seqmentdə müştərilərimiz 3,8 mindən çox müəssisədir ki, onların sayı ilin əvvəlindən 60% artıb. Kiçik şirkətlər üçün konveyer kreditləşməsi və avtomatlaşdırma sistemindən istifadə edərək, kreditin alınması prosesini mümkün qədər sadələşdirmişik ki, bu da indi bir gün əvəzinə, yarım saatadək vaxt tələb edir. Eyni zamanda, yüksək işgüzar aktivlik dövründə biz bütün hüquqi şəxslər üçün kreditlərin əlçatanlığını artırmaq qərarına gəldik və kredit üçün müraciət edərkən komissiyanı ləğv etdik", – deyə VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Korporativ biznesin inkişafı departamentinin direktoru Tural Hüseynov bildirib. 
Yeni şərtləri 31 yanvar 2023-cü il tarixinədək qüvvədədir. VTB (Azərbaycan)-ın korporativ müştəriləri kredit üçün bank filiallarına müraciət edə bilərlər. Siz həmçinin bankın internet saytından və ya 986 əlaqə mərkəzinə zəng edərək məsafədən də müraciət edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 23 dekabr 2022

Oxşar xəbərlər

Azərbaycan Mərkəzi Bankının sədrinə müşavir təyin edildi

Rəna Ənvər Paşa qızı Məlikova 2026-cı ilin yanvar ayından Azərbaycan Mərkəzi Bankın müşaviri vəzifəsinə təyin edilib. bunu AMB-yə istinadən xəbər verir. Bununla da müşavirlər ümumilikdə yeddi şəxsdən ibarətdir. Rəna Məlikov

Azərbaycan bankları qiymətli kağızlardan keçən il 546 mln. manat faiz gəliri əldə edib

Azərbaycan bankları 2025-ci ildə qiymətli kağızlar üzrə portfellərindən 546.4 milyon manat faiz gəliri əldə ediblər. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu da illik müqayisədə 117.1 milyon manat və ya 27.3

İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib

 "İcbari Sığorta Bürosu" (İSB) Hüquqi Şəxslərin İttifaqı vətəndaşlara və sığorta bazarının iştirakçılarına göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni layihələrin icrasını davam etdirir. B

Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar

() Unibank kartları öz sahiblərinə yüksək keşbek qazandırmaqda davam edir. Hər ay bank tərəfindən kart müştəriləri üçün xüsusi keşbek imkanları yaradılır. 2025-ci il ərzində isə Unibank müştəriləri ümumilikdə 4 milyon 3

Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI

2025-ci ildə Azərbaycandakı 22 bankdan 5-nin əməliyyat xərcləri 275 milyon manatdan çox olub. Bunlar, "Kapital Bank" (1 355,4 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (1 milyard 14,9 milyon manat)

"Bir" ekosistemdə yeni təyinat

"Bir" ekosistemdə yeni Marketinq təyinatı olub. xəbər verir ki, Maxim Evdokimov Baş Məhsul, Marketinq və CX Direktoru vəzifəsinə gətirilib. O, bundan əvvəl Kapital Bank, Headhunter Group, Okko, Sberbank və Tinkof

"Merkuri BOKT" 2025-ci ilin 9 ayını mənfəət ilə başa vurub

"Merkuri Bank Olmayan Kredit Təşkilatı" ASC ("Merkuri BOKT") 2025-ci ilin 9 ayını (yanvar-sentyabr) 171 min manat mənfəət ilə başa vurub. Halbuki, kredit təşkilatı 2024-cü ilin 9 ayını 212 min manat mənfəə

"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?

"PAŞA Bank" ASC Səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə start verib. İPO "Paylaşdıqca böyüyürük – birlikdə" şüarı altında həyata keçirilir. -ın məlumatına görə, bu gün "PAŞ

Mərkəzi Bankın strategiyası işləyir – Beynəlxalq agentliklər nəticələri tərifləyir, reytinq yaxşılaşır - MÜSAHİBƏ

Son aylarda beynəlxalq reytinq agentliklərinin Azərbaycan iqtisadiyyatı və xüsusilə bank sektoru ilə bağlı açıqlamaları diqqət mərkəzindədir. "Fitch Ratings", "Moody"s" və "S&P Global Ratings"


iqtisadi xeberler leobank kart bitcoin kicik biznes iqtisadiyyat xeberleri