Xalq Bank ağacəkmə askiyasında iştirak etdi
®Aprelin 24-də Xalq Bank əməkdaşları Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə kampaniyasında iştirak etdi.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Kapital Bazarları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanmış 13 mart 2023-cü il tarixli "Anlaşma Memorandumu" əsasında həyata keçirilmişdir. Layihə çərçivəsində 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumi olaraq 1 milyon ağac əkilməsi nəzərdə tutulmuşdur.
Aksiyada iştirak Xalq Bankın ekoloji balans və ətraf mühitin qorunması, dayanıqlı inkişafın dəstəklənməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərin tərkib hissəsidir. / banker.az

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Green Card nədir və onu necə əldə etmək olar?
Shopify-da necə satışa başlamaq olar?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
CV-nin tərtib edilməsi prinsipləri