Ziraat Bank Azərbaycan bərpa olunan yaşıl enerji sahəsində iri layihə maliyyələşdirilməsini həyata keçirir

Ziraat Bank Azərbaycan bərpa olunan yaşıl enerji sahəsində iri layihə maliyyələşdirilməsini həyata keçirirZiraat Bank Azərbaycan ölkədə bərpa olunan enerji sahəsində həyata keçirilən ən iri layihələrdən birini maliyyələşdirir. Bank COP29 çərçivəsində bank sektorunun iqlim maliyyəsi istiqamətində bərpa olunan enerji və oxşar dayanıqlı layihələr üzrə üzərinə götürdüyü öhdəlikləri çərçivəsində fəaliyyətini davam etdirir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bankın korporativ müştərisi olan "Clean Energy Cəbrayıl" MMC tərəfindən Cəbrayıl rayonunda günəş enerjisi stansiyasının qurulması nəzərdə tutulur. Layihə çərçivəsində Ziraat Bank Azərbaycan tərəfindən 30 milyon manat məbləğində kredit ayrılıb. Bu layihə xüsusilə işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji potensialının reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
"Clean Energy Cəbrayıl" MMC "AGEC" MMC-nin törəmə müəssisəsidir. "AGEC" MMC  və törəmə müəssisələri ölkənin dayanıqlılıq strategiyasına uyğun olaraq yaşıl enerji istehsalı sahəsində investisiyaların həyata keçirilməsi istiqamətində fəaliyyət göstərirlər.
Ziraat Bank Azərbaycan tərəfindən ayrılacaq kredit real sektorun inkişafına, xüsusilə dayanıqlı və ekoloji təmiz enerji layihələrin genişlənməsinə verdiyi önəmin növbəti göstəricisidir.
Bank bərpa olunan enerji və dayanıqlı inkişaf istiqamətində layihələrin maliyyələşdirilməsini strateji prioritetlərindən biri kimi müəyyən edib. Ziraat Bank Azərbaycan bu sahədə həyata keçirilən təşəbbüsləri dəstəkləməklə ekoloji tarazlığın qorunmasına, enerji mənbələrinin şaxələndirilməsinə və ölkənin uzunmüddətli iqtisadi inkişafına töhfə verməyi hədəfləyir.
 "Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
/ marja.az

Banklar     Tarix: 24 aprel 2026

Oxşar xəbərlər

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb

"PAŞA Həyat Sığorta" ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkəti

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət


iqtisadi xeberler bitcoin qiymeti biznes xeberleri valyuta kurslari dollar kursu