Ziraat Bank Azərbaycan Google PayTM xidmətini Mastercard istifadəçiləri üçün də əlçatan etdi

Ziraat Bank Azərbaycan Google PayTM xidmətini Mastercard istifadəçiləri üçün də əlçatan etdi®Xidmət keyfiyyətinin yüksəkliyinə önəm verən Ziraat Bank Azərbaycan, müştərilərinin rahatlığı üçün  son texnoloji yenilikləri tətbiq etməyə davam edir. Belə ki, Bank Google PayTM xidmətini  Mastercard istifadəçiləri üçün  aktiv etdi. Qeyd edək ki, daha öncə bu xidmət Ziraat Bank Azərbaycan tərəfindən VİSA kart sahibləri üçün aktiv edilmişdir. Artıq Bankın müştəriləri Ziraat Bank Azərbaycana məxsus istənilən kartı Google WalletTM-ə əlavə etməklə rəqəmsal ödəniş sistemini dəstəkləyən Android və WearOS əməliyyat sistemli cihazları ilə bu xidmətin üstünlüklərindən yararlana biləcəklər.
Qeyd edək ki, Google PayTM  ticarət və xidmət obyektlərində, onlayn platformalarda sürətli və rahat ödəniş imkanı yaradan kartsız ödəniş üsuludur. Xidməti kartlarda aktivləşdirmək çox asandır. Bunun üçün ağıllı telefona Google Wallet tətbiqinin yüklənməsi, tətbiqdəki addımların izlənməsi ilə banka məxsus ödəniş kartların əlavə edilməsi və əsas ödəmə mənbəyi kimi seçilməsi kifayətdir. Kart tətbiqə əlavə edildiyi andan etibarən ödəniş ağıllı telefon və ya ağıllı saat ilə asanlıqla icra edilə bilər.
Ziraat Bank Azərbaycana məxsus ödəniş kartı olmayan şəxslər, aşağıdakı link vasitəsi ilə kart sifarişlərini onlayn olaraq icra edə bilərlər. Link:  . Qeyd edək ki, kart sifarişini həmçinin bankın istənilən filialına tək şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq da icra etmək mümkündür. Ziraat Bank Azərbaycan tərəfindən ödəniş kartları AZN , TRY, USD və EUR valyutalarında təqdim edilir.
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.  
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube  sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.  / banker.az

Banklar     Tarix: 18 may 2023

Oxşar xəbərlər

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin


iqtisadi xeberler bitkoin qiymeti birbank bitcoin qiymeti investisiya