2 fiziki şəxsə məxsus olan BOKT-un qazancı kəskin artıb

2 fiziki şəxsə məxsus olan BOKT-un qazancı kəskin artıb"MJ Financial Services BOKT" QSC 2022-ci ili 2 milyon 335 min manat xalis mənfəət ilə başa vurub. Kredit təşkilatı 2021-ci ili 905 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci illə müqayisədə 2022-ci ildə "MJ Financial Services BOKT"un xalis mənfəəti 2,6 dəfə artıb. Xalis mənfəətin artması faiz gəlirlərinin kəskin artmasından qaynaqlanır. Eyni zamanda, təşkilatın faiz xərclərində ciddi artım baş verməmiş, gözlənilən kredit zərərləri üzrə ehtiyata ayırdığı vəsait azalıb. 
Marja.az xəbər verir ki. 2021-ci ildə "MJ Financial Services BOKT"un faiz gəlirləri 2 milyon 522 min manat ikən, 2022-ci ildə 4 milyon 482 min manata yüksəlib (1,8 dəfə artıb). 
2021-ci ilin sonu ilə müqayisədə 2022-ci ildə "MJ Financial Services BOKT"un kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2 milyon 302 min manat və ya 22,6% artaraq 31 Dekabr 2022-ci il tarixində 12 milyon 468 min manat təşkil edib. 
2022-ci ilin sonunda kredit şirkətinin işçilərinin sayı 32 nəfər olub. 
"MJ Financial Services BOKT" şirkəti son istehlakçıların həyata keçirdiyi alışları maliyyələşdirmə sahəsində fəaliyyət göstərir. Şirkətin maliyyələşdirdiyi əsas məhsul növləri mebel və ev aksesuarlarıdır. Bu sahədə Şirkət müxtəlif tanınmış brendlərin satışını həyata keçirdiyi mağaza və şəbəkələrlə əməkdaşlıq edir.
2019-cu ildə yaradılmış "MJ Financial Services BOKT" QSC-nin səhmdarları Camal Aydınov (70%) və Mədət Rüstəmovdur (30%).
2 fiziki şəxsə məxsus olan BOKT-un qazancı kəskin artıb2 fiziki şəxsə məxsus olan BOKT-un qazancı kəskin artıb

Banklar     Tarix: 17 aprel 2023

Oxşar xəbərlər

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler bitcoin qiymeti investisiya internetden pul qazanmaq bank faizleri