21 ABB meneceri "Executive Mini-MBA" proqramını uğurla başa vurdu
®ABB menecerlərinin fərdi inkişafı məqsədilə Türkiyənin ən nüfuzlu ali təhsil mərkəzlərindən olan Koç Universiteti ilə birgə təşkil edilmiş "Executive Mini-MBA" proqramı başa çatıb.
21 ABB meneceri "Executive Mini-MBA" təhsilini nailiyyət sertifikatı ilə başa vurub. Bu münasibətlə Koç Universitetinin əsas kampusunda ABB və Universitet rəhbərliyinin iştirakı ilə təntənəli məzun günü tədbiri keçirilib.
Tədbirdə çıxış edən ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bu nailiyyət münasibətilə Bank menecerlərini təbrik edib. ABB ilə uğurlu tərəfdaşlığa görə Koç Universitetinə minnətdarlığını bildirib. İdarə Heyətinin sədri bu effektiv layihə ilə ABB-də peşəkar inkişaf üçün daha bir faydalı təcrübənin formalaşdığını diqqətə çatdırıb. Qeyd edib ki, proqram davamlı olacaq, Bankın daha çox meneceri bu imkandan faydalana biləcək.
Tədbirdə Koç Universitetinin vitse-prezidenti, professor Zeynep Gürhan, Universitetin Biznes məktəbinin İcraçı direktoru Nida Bektaş da çıxış edərək məzunlara və Banka gələcək fəaliyyətdə uğurlar arzulayıblar.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. / banker.az

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Françayzinq nədir və necə olur?
5 liderlik göstəricisi
Kriptovalyuta nədir və necə alınır?
Onlayn biznes növləri
SWIFT nədir?