21 yanvardan Avto-icbari sığortada YENİLİK
Ölkəmizdə sığorta xidmətlərinə əlçatanlığın təmin olunması və sektorda elektronlaşmanın təkmilləşdirilməsi ilə bağlı növbəti addımlar atılıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) MArja-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu tərəfindən ölkədə sığorta sektorunun inkişafı yönündə həyata keçirilən təkmilləşdirmə tədbirlərinin növbəti mərhələsi olaraq sığorta xidmətlərinə əlçatanlığın elektron şəkildə təmin olunması ilə bağlı əsaslı tədbirlər görülüb.
Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının sığorta sektorundakı proseslərin tənzimlənməsi istiqamətində atdığı addımların nəticəsi olaraq, ölkəmizdə mövcud olan hər bir avtonəqliyyat vasitəsi sahibi 21 yanvar tarixindən etibarən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə elektron qaydada və heç bir çətinlik ilə üzləşmədən sığortalana biləcək.
Məlumatda bildirilir ki, hər bir sahədə olduğu kimi sığorta sektorunda da xidmətlərin elektronlaşması müasir dövrün başlıca çağırışlarındandır. Bu reallığa əsaslanaraq atılmış müvafiq addım da sığorta proseslərinin elektronlaşmasının təkmilləşdirilməsi ilə müştəri məmnuniyyətinin təmin olunmasına və sığorta xidmətlərinin inkişafına hesablanmışdır. / marja.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
İKEA şirkətinin tarixi
Dünyanın ən bahalı restoranları
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Green Card nədir və onu necə əldə etmək olar?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?