ABB və ASCO hökumətin gözləntilərini nəinki doğruldub, hətta ondan yuxarı dividend ödəyiblər

ABB və ASCO hökumətin gözləntilərini nəinki doğruldub, hətta ondan yuxarı dividend ödəyiblərAzərbaycanda shmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlərdən daxilolmalar üzrə proqnoz artıqlaması ilə icra edilib və bunun da əsas səbəbkarları "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dir (ASCO).
Banker.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2022-ci il üzrə dövlət büdcəsinə dair rəyində bildirilir.
2022-ci ilin dövlət büdcəsində səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalar 106.5 mln. manat proqnozlaşdırılmış, icra isə 130.7 mln. manat olub.
Hökumət ABB-dən 2022-ci ildə 100 milyon manatlıq dividend əldə edəcəyini gözləyərkən, bank ona 120 milyon 458.8 min manat dividend ödəyib. 2021-ci ildə isə 120 mln. 824.2 min manat ödəmişdi.
ABB son illərdə mənfəətliyə çıxıb ölkənin bank sektoru üçün sistem əhəmiyyətli bank olaraq qalmaqdadır. Banker.az xatırladır ki, 2023-cü ilin 1 aprel tarixinə bankın audit olunmamış hesabatına görə bankın balansında 291 mln. 586.45 min manatlıq yığılmış mənfəəti qalmaqdadır.
Dövlətin mənfəətli işləyən dənizçilik biznesi gözləntiləri üstələyib. Ötən il ASCO dövlət büdcəsinə 10 mln. manat mənfəətindən dividend ödəyib. Bu 2021-ci ildəkindən və bu il üçün proqnoz edilən rəqəmdən 2 dəfə çoxdur.
"Hesablama Palatası tərəfindən aparılan təhlillər bu istiqamətdə potensialın daha çox olduğunu göstərmişdir"- deyə, rəydə deyilir.

Banklar     Tarix: 24 may 2023

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların


iqtisadi xeberler investisiya bitcoin biznes krediti kripto