AccessBank beynəlxalq investisiya şirkəti ilə müqavilə imzaladı

AccessBank beynəlxalq investisiya şirkəti ilə müqavilə imzaladı®Azərbaycanın mikro, kiçik və orta sahibkarlıq (MKOB) üzrə aparıcı bankı olan AccessBank Avropanın nüfuzlu investisiya şirkəti olan Enabling Qapital Ltd ilə 17 milyon AZN dəyərində kredit müqaviləsi imzalayıb. 3 il müddətinə ayrılan məbləğ Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətlərini dəstəkləyir və onların ortamüddətli maliyyələşdirməyə davamlı çıxışını təmin edir. 
AccessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauri qeyd edib ki, bu saziş Banka daha çox sahibkara dəstək olmağa kömək edəcək: "Enabling Qapital Ltd şirkəti ilə güclərimizi birləşdirməkdən məmnunam. Bu uğurlu tərəfdaşlıq Azərbaycanda MKOB-ların ehtiyac duyduğu maliyyələşdirməni davam etdirməyə imkan verəcək. Bu, həm də 2016-cı ildən bəri beynəlxalq maliyyə institutu ilə imzaladığımız ilk maliyyələşdirmə müqaviləsidir və AccessBank üçün beynəlxalq kapital bazarlarının yenidən açılmasına işarədir. Xarici institusional investorların Azərbaycanın maliyyə sektoruna marağını görməkdən çox şadıq. Enabling Qapital Ltd şirkətinə əməkdaşlığa görə təşəkkür edir və gələcəkdə əməkdaşlığımızın daha da gücləndirilməsini səbirsizliklə gözləyirəm".
Enabling Qapital Ltd şirkətinin regional meneceri Urmat İmankulov AccessBank-ın sahibkarlığa verdiyi töhfəni yüksək qiymətləndirib: "AccessBank MKOB-lar üçün maliyyə əlçatanlığını asanlaşdırmaqla ölkənin iqtisadi artımına dəstək verir və Azərbaycanın maliyyə sektorunda mühüm rol oynayır. Onların effektiv investisiyalara sadiqliyi bizneslərin böyüməsinə və ümumilikdə ölkənin inkişafına töhfə verir."
Enabling Qapital Ltd (EQ) investisiyaların maliyyə və sosial gəlir gətirdiyi aparıcı təsiredici investisiya məsləhət şirkətidir. EQ-in iqtisadi, sosial və ətraf mühitə müsbət təsir göstərmək missiyası EMF Microfinance və Spark+ Africa Fund daxilində təxminən 600 milyon ABŞ dolları məbləğində aktivlər üzrə məsləhətlər verir. Şirkətin İsveçrə, Lixtenşteyn, Keniya, Pakistan, Hindistan, Qırğızıstan, Filippin, Kanada, Meksika və Ekvadorda 50 üzvdən ibarət ofisləri fəaliyyət göstərir. 
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir. 
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.
*AccessBank QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 Oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / banker.az

Banklar     Tarix: 04 may 2023

Oxşar xəbərlər

"Kapital Bank"ın səhmdarlarının sturkturunda dəyişiklik olub

"Kapital Bank" ASC-nin səhmdar strukturunda dəyişiklik baş verib. Bankın iri səhm paketi "PAŞA Holding" MMC-dən "Bir Ekosistem" MMC-yə ötürülüb. xəbər verir ki, "Bir Ekosistem" MM

"PAŞA Bank" yarımillik nəticələrini açıqladı - Aktivləri 10 milyard manata yaxınlaşıb

PAŞA Bank 2026-cı ilin ilk yarısının maliyyə və biznes nəticələrini mətbuat konfransında açıqlayıb. Bu, Bankın Azərbaycanda özəl bank sektorunda ilk IPO-nu uğurla başa çatdırmasından sonra keçirdiyi ilk mətbuat konfrans

Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi

Azərbaycan Mərkəzi Bankında (AMB) Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbə yaradılıb. xəbər verir ki, İdarə Heyıətinin sədrinin əmri ilə şöbəyə İlahə Həsən qızı Baxışova-Tahirli müdir təyin edilib. Şöbənin əsas fəaliyyə

Azərbaycanın Gürcüstana investisiyası 48% artıb

Azərbaycanın Gürcüstan iqtisadiyyatına yönəltdiyi birbaşa investisiyaların həcmi 2026-cı ilin ilk yarısında illik müqayisədə 47,7% artaraq 114 milyon dollara çatıb. Ötən ilin eyni dövründə bu göstərici 77,1 milyon dolla

"Bundan sonra da bank birləşməsi olacaqsa, ancaq və ancaq şad olarıq"

"PAŞA Bank" ASC son vaxtlar sektorda baş verən konsolidasiyanı bazarda daha güclü rəqiblərin olması baxımından dəstəkləyir. XBunu Bankın İdarə Heyətinin sədr müavini Bəhruz Nağıyev I yarımilin yekunlarına həsr olunmu

İrlandiyadan Azərbaycana pul köçürmələri 7 dəfədən çox artıb

2026-cı ilin ilk 6 ayında xaricdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul baratlarının ümumi məbləği 40.2% artaraq 748.46 milyon dollara çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 533.96 milyon dollar təşkil etmişdi

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®

"Yapı Kredi Bank Azərbaycan" QSC Hüquq Büro xidmətinin alımı üçün tender açıq elan edir. Tenderə müraciət edilməsi üçün şikrətlər aşağıdakı şərtlərə uyğun gəlməli və qeyd edilən sənədləri qapalı zərfdə "Yap

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA

"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər

Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Xalq Bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb


iqtisadi xeberler pul qazanmaq bitkoin almaq birbank 1000 manatla biznes