"AccessBank"ın sədr müavini vəzifəsindən ayrılıb
"AccessBank" QSC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsindən ayrılıb.
Banker.az xəbər verir ki, vəzifəsindən ayrılan şəxsRamin Hüseynovdur.
Beləliklə, hazırda bankın İdarə Heyətində sədr və iki üzv var.
Qeyd edək ki, Ramin Hüseynov Şəhadət oğlu 2022-ci ilin iyunundan "AccesBank" QSC-nin İdarə Heyətinin üzvü təyin edilmişdi.
Ramin Hüseynov, 2021-ci ilin may ayında Maliyyə üzrə Baş Direktor vəzifəsində işə başlayıb, bank və real sektorda ümumilikdə 16 illik iş təcrübəsinə malikdir. Onun əsas fəaliyyəti maliyyə idarəetməsi və nəzarət, restrukturizasiya və sağlamlaşdırma, biznesin optimizasiyası və risklərin idarə olunması kimi sahələri əhatə edir.
R.Hüseynov əmək fəaliyyətinə 2004-cü ildə Azərbaycan Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentində başlayıb, 2008-2013-cü illər ərzində həmin departamentin Xarici nəzarət şöbəsinə rəhbərlik edib.
2015-ci ildən AccessBank-a qoşulanadək tikinti və istehsalat sektorlarında maliyyə üzrə rəhbər vəzifələrdə çalışıb.
O, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə üzrə bakalavr, 2014-cü ildə isə ABŞ-ın Corc Vaşinqton Universitetində maliyyə üzrə magistr dərəcəsinə yiyələnib. ABŞ-ın "Fulbrayt" proqramının təqaüdçüsüdür.
R.Hüseynov Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının Direktorlar Şurasının üzvüdür.
Azərbaycan, rus və ingilis dillərini bilir.
Xatırladaq ki, "AccessBank" QSC-nin 258.72 mln. manat nizamnamə kapitalı var. Kapitalının 20.33%–i Asiya İnkişaf Bankı, 17.76% – Avropa İnvestisiya Bankı, 15.86%-i Beynəlxalq Maliyyə Korporasiyasi 9.62% –i Niderland İnkişaf Bankı 9,36% – Avstriya İnkişaf Bankı 27.07%–i digər səhmdarlara məxsusdur.

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Milyonlar qazandıran qəribə biznes ideyaları
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Bitcoin necə işləyir?
İban nədir?