Aşağı faizlə nağd pul krediti verən banklar – SİYAHI
Banker.az olaraq banklarda 2023-cü ilin aprel ayı üzrə nağd pul kreditinin şərtlərini araşdırıb.
Araşdırmaya əsasən, manatla istehlak krediti verən bankların faiz dərəcələri 10.99%-28% aralığında müəyyən edilib.
Hansı bankın daha sərfəli şərtlərlə nağd pul krediti təklif etdiyini isə cədvəldən tanış ola bilərsiniz.
*ATB – Kampaniya dövründə, müddətindən asılı olmayaraq, götürülən istehlak kreditləri üzrə komissiya 0%-dir. Eləcə də, 24, 36, 48 ayadək verilən kreditlərin illik faiz dərəcəsi, 13%, 14%, 15% səviyyəsindədir. Azər Türk Bankın internet səhifəsində krediti onlayn sifariş vermək olar. Kampaniya 31 may daxil olmaqla həmin tarixədək qüvvədədir.
*ExpressBank – Təminatsız kreditin məbləği 300 – 40 000 AZN, komissiya 0%, təminatlıda məbləğ 10 000 – 50 000 AZN, komissiya min. 0,5%-dən başlayır. Kampaniya çərçivəsində kredit əldə edən müştərilərə balansında 10.000 manatadək vəsait olan Expresso Standart, GOLD və ya Platinum kredit kartı hədiyyə olunacaq.
*Xalq Bank – Kampaniya şərtlərinə əsasən istehlak kreditini illik faiz dərəcəsi 12 ay müddətinə cəmi 12%, 48 ayadək müddətinə isə 14% olmaqla, zaminsiz 15 000, zaminliklə 30 000 manatadək (region filiallarında zaminsiz 8 000, zaminliklə 15 000 manatadək) məbləğdə əldə edə bilər. Bunun üçün müraciətçi qeyd olunan sahədə sonuncu iş yerində 12 aylıq iş stajına malik olmalıdır. 31 iyul 2023-cü il tarixədək qüvvədə olan kampaniyadan yararlanmaq istəyənlər Xalq Bankın istənilən filialına, cari Xalq Bank müştəriləri isə həm də XalqOnline tətbiqi üzərindən müraciət edə bilərlər.
*Kapital Bank – 7 aprel – 15 may tarixləri aralığında keçiriləcək kampaniya müddətində onlayn rəsmiləşdirilən nağd kreditlərə 5%-dək endirim ediləcəkdir; Onlayn rəsmiləşdirilən kreditlərdə nağdlaşdırma komissiyası: 0%, Borcun gəlirə nisbəti 45%-dən çox olduğu təqdirdə – 1%
*Yapı Kredi Bank – İlk dəfə müraciət edən müştərilərə istehlak krediti müddətindən asılı olmayaraq 13% ilə təklif olunur. Neft, IT və Telekommunikasiya sahəsində çalışan şəxslərə isə 12% ilə təklif olunur. 20.000 AZN qədər zaminsiz , 20.000 və ya 40.000 AZN qədər bir zamin ilə , 40.000 AZN və üzəri girov təmini qarşılığı kredit əldə edə bilərsiniz.


Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif
AMB maliyyə qruplarına da nəzarət edəcək
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə
"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək
Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb
Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®
Bank of Baku subordinasiya istiqrazları buraxmağa hazırlaşır – səhmdarlar növbədənkənar toplanır
İqtisadi modellər niyə artıq işləmir?
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Ev şəraitində pul qazanmağın yolları
Mcdonalds françayzinqi neçiyədir?
CV hazırlayarkən buraxılan 5 səhv