ASC "Xalq" Bankı növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
®06 aprel 2023-cü il tarixdə ASC "Xalq" Bankı Türkiyə Respublikasının Ziraat Bankının ESG standartlarına uyğun olaraq istifadə olunacaq 1.3 milyard dollar məbləğində davamlılıq meyarlı sindikat kreditləşməsi layihəsində iştirak etmişdir. Davamlılıq meyarı olaraq bu ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələnin təsirlərini yumşaltmaq məqsədilə Zəlzələdən zərərçəkənlərə Dəstək Paketi üzrə ayrılan kreditlər müəyyənləşdirilmişdir.
Layihədə 24 ölkədən 53 bank yer almışdır. Xalq Bankın bu layihədə iştirakı banklararası münasibətlərin möhkəmləndirilməsi və Türkiyə Respublikası bankları ilə əməkdaşlığın davamlı inkişafının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Sindikat kreditləşməsi bir borcalana vəsait ayrılması üçün kreditorlar qrupu tərəfindən təklif olunan maliyyələşdirmə alətidir.
Xatırladaq ki, ötən il də Xalq Bank Ziraat Bankın 1,24 milyard dollar məbləğində ESG standartlı sindikat kreditləşməsi layihəsində iştirak etmişdi. ESG ətraf mühit, idarəetmə və sosial məsuliyyət prinsiplərinə istinad edən fəaliyyət meyarlarını əhatə edir.
Türkiyə Respublikasının dövlət bankı olan Ziraat Bank 1863-cü ildən fəaliyyət göstərir. Bankın dünya üzrə 17 ölkədə 116 nümayəndəliyi mövcuddur.
2004-cü ildə əsası qoyulmuş Xalq Bank əsas balans göstəricilərinə görə Azərbaycanın özəl bankları sırasında ilk üçlükdə yer alır. / banker.az

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif
AMB maliyyə qruplarına da nəzarət edəcək
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə
Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb
Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®
Bank of Baku subordinasiya istiqrazları buraxmağa hazırlaşır – səhmdarlar növbədənkənar toplanır
İqtisadi modellər niyə artıq işləmir?
Ən bahalı otellər hansılardır?
"Freelance" nədir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
ƏDV geri al və onun üstünlükləri
Kriptovalyuta nədir və necə alınır?