Avtoicbari sığortanın onlayn rahat şəkildə əldə edilməsi təmin edilir

Avtoicbari sığortanın onlayn rahat şəkildə əldə edilməsi təmin edilirAzərbaycan Respublikası Mərkəzi Bankının (Mərkəzi Bank) əsas fəaliyyət istiqamətlərindən biri də sığorta sektorunda tənzimləmə və nəzarət funksiyalarının həyata keçirilməsidir. Bu istiqamətdə son dövrlərdə, xüsusilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (avtoicbari) sahəsində həyata keçirilən tədbirlər və tətbiq edilən yeniliklər haqqında məlumatlar mütəmadi olaraq ictimaiyyətin diqqətinə təqdim edilir.
Marja xəbər verir ki, bu barədə Mərkəzi Bankın yaydığı məlumatda deyilir.
Məlumatda qeyd edilib ki, sığorta sahəsində görülən islahat tədbirləri sığorta xidmətlərinin ölkəmizdə inkişaf edirilməsinə, sığortalıların hüquqlarının qorunmasına və sığorta xidmətlərinə əlçatanlığın təmin edilməsinə xidmət edir.
Qəbul edilən qərarlar üzrə son yeniliklərdən biri də avtoicbari sığorta üzrə sığorta müqaviləsi bağlayan sığortaçıların rəsmi internet səhifəsinə dair yeni tələbin müəyyən edilməsidir. Belə ki, Mərkəzi Bankın İdarə Heyətinin 28 dekabr 2022-ci il tarixli, 60/5 nömrəli qərarı ilə "İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər"də (Tələblər) dəyişikliklər təsdiq edilmişdir. Həmin dəyişikliklərə əsasən, avtoicbari növünün aparılmasına icazə almaq istəyən hər bir sığortaçı sığortalılarla müvafiq icbari sığorta müqaviləsinin öz rəsmi internet səhifəsi vasitəsilə qanunvericiliyə uyğun olaraq bağlanması imkanına malik olmalıdır. Müvafiq sığorta növünün aparılmasına icazəsi olan sığortaçılar öz rəsmi internet səhifəsinin texniki imkanlarını Tələblərin qüvvəyə mindiyi tarixdən etibarən 10 gün müddətində həmin tələbə uyğunlaşdırmalıdırlar.
"İnformasiya və kommunikasiya texnologiyalarının yüksək sürətlə inkişaf etdiyi, bütün dünyada olduğu kimi ölkəmizdə də internetə çıxışın genişləndiyi və rəqəmsallaşma texnologiyalarının tətbiq edildiyi müasir dövrümüzdə zamanın tələbi nəzərə alınaraq qeyd edilən dəyişikliyin Tələblərə əlavə edilməsi zəruri hesab olunmuşdur. Bu dəyişiklik avtoicbari sığorta növü üzrə sığorta şəhadətnamələrinin şirkətlərin rəsmi veb-səhifələri üzərindən müştərilər tərəfindən onlayn qaydada rahat şəkildə əldə edilməsini təmin edəcəkdir.
Eyni zamanda qeyd etmək lazımdır ki, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanuna, eləcə də onun tətbiqi ilə bağlı müvafiq Fərmana son dövrlərdə edilən dəyişikliklər də bu məqsədə xidmət edir. Bütün bu dəyişikliklər sığorta sahəsində informasiya və kommunikasiya texnologiyalarının tətbiqini nəzərdə tutmaqla icbari sığorta növərinin tam olaraq elektronlaşmasına, nəticə etibarilə bu sahədə həyata keçirilən bütün xidmətlərin rəqəmsallaşmasına şərait yaradacaqdır.
Sığorta xidmətlərinə əlçatanlığın maksimal şəkildə təmin olunması və sığorta fəaliyyətinin rəqəmsallaşdırması istiqamətində islahatlar Mərkəzi Bank tərəfindən mütəmadi həyata keçiriləcəkdir.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqavilələrinin bağlanması ilə bağlı bir daha qeyd olunmalıdır ki, qanunvericiliyə əsasən bu növ üzrə icbari sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq icazəsi olan sığorta şirkətləri avtomobillərin icbari sığorta edilməsi ilə bağlı onlara edilən müraciətlərə cavab olaraq avtomobilləri sığortalamaqdan imtina etmək hüququna malik deyildir. Belə ki, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 23.3-cü maddəsinə əsasən, sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Qeyd edilən məsələ ilə bağlı sığortaçılar tərəfindən imtina halları baş verdiyi təqdirdə vətəndaşlar 966 qaynar xəttinə zəng vurmaqla və ya yazılı şəkildə müraciət etməklə Mərkəzi Banka öz şikayətlərini bildirə bilərlər. Daxil olan bütün şikayətlər operativ qaydada nəzarətə götürülərək müraciətdə qeyd edilən məsələlər dərhal araşdırılır və qısa müddət ərzində vətəndaşın seçdiyi sığortaçı tərəfindən icbari sığorta şəhadətnaməsinin buraxılması təmin edilir.
Hal-hazırda avtoicbari sığorta bazarında vəziyyətə nəzarət edilməsi və mövcud problemlərin həlli məqsədilə mütəmadi olaraq Mərkəzi Bank tərəfindən ciddi şəkildə monitorinqlər həyata keçirilir, hərtərəfli təhlillər və qiymətləndirmələr aparılır. Qiymətləndirmələrin nəticələri əsasında Mərkəzi Bank tərəfindən zəruri addımların atılması davam etdiriləcəkdir",- məlumatda bildirilir.  / marja.az

Banklar     Tarix: 16 yanvar 2023

Oxşar xəbərlər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək

Azərbaycan və Rusiya arasında vətəndaşların bank hesabları, əmlakı, gəlirləri və digər aktivləri barədə məlumat mübadiləsi aparılacaq. Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının məcburi icras

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler pul qazanmaq avtomobil xeberleri telefonla pul qazanmaq biznes xeberleri