Az, amma çox "dadlı". AMB-dən banklara yüksək və risksiz gəlir təklifi

Az, amma çox BANKER.AZ — Azərbaycan Mərkəzi Bankı bazarda pul yığmaq məqsədi ilə 4 fərqli tədavül müddəti üzrə növbəti notlarını hərraclarda yerləşdirib.
Banker.az-a Bakı Fond Birjasından daxil olan məlumata görə, AMB bu həftə də ümumilikdə 4 növ notdan 120 mln. manat cəlb edib.
Mərkəzi Bankın notları 28, 84, 168 və 252 gün üzrə keçirilib.
28 günlük notların orta gəlirliliyi 6.32%-dən 6.7%-ə, 84 günlük 7.38%-dən 7.69%-ə, 168 günlük 8%-dən 8.22%-ə, 252 günlük üzrə isə 8.91%-dən 8.94%-ə yüksəlib.
28 günlük notların gəlirliliyi sonuncu dəfə bu qiymətə 2019-cu ilin mayında olub – Həmin dövrdə orta gəlirlilik 6.76%-dən 6.71%-ə yüksəlib.
NOTLARIN FAİZLƏRİNİN QALXMASI NƏYƏ İŞARƏDİR?
Mərkəzi bankın notları 28, 84, 168 və 252 günlük olmaqla ticarətə buraxılır və təyinatına görə Mərkəzi Bank tərəfindən pul kütləsinin tənzimlənməsi (sterilizasiyası) aləti kimi istifadə olunur. Buraxılış xüsusiyyətlərinə görə notlar istiqrazlarla eyni kateqoriyaya aid edilir və istiqraz forması olaraq diskontlu istiqraz kimi tədavülə buraxılır.
AMB ölkədə uçot faiz dərəcəsini işə salmaq üçün 2022-ci ilin üçüncü rübündən əlində olan alətlərdən "aqressiv" formada istifadə edir ki, istəyəndə faizləri qaldırsın və ya endirsin. Bunu ona görə etmək istəyir ki, ölkədə inflyasiyanın yüksək olduğu şəraitdə dünya prakitkiasındakı kimi istifadə edə bilsin. Lakin Azərbaycanda bu, illərdir bazara təsir edə bilmir.
Yeni baş bankirin belə bir məqsədinin olması özünün dilindən də çıxıb ki, AMB-nin uçot faiz dərəcəsinin işləməsi ilə bazara təsiri artsın. Çünki artıq bir ildən çoxdur AMB sərtləşməyə əl atıb və ehtiyat normalarını 5%-ə qədər artırmaqla kreditləri bahalaşdırmaq istəyir, bazarın reaksiyası isə zəifdir. Bank kreditləri yüksəlmək əvəzinə, aşağı düşür. Bununla da kreditə meyilliliyi azaldıb, depozitə meyilliliyi artırmaq istəyir. Bu, anti-inflyasiya tədbiri kimi işə yararlı alətdir. Requlyator son açıqlamada Banker.az-a bildirdi ki, bunun təsirini görmək üçün 8 rüb lazımdır. Çünki, ölkə banklarının maliyyə vəsaitlərinin böyük hissəsi AMB-nin "iradəsindən kənar" dövr edir.
Mərkəzi Bank məhz bu səbəbdən ötən ilin son rübü uçot faiz dərəcəsinin aşağı həddini 6.25%-dən 4.00%-ə endirdi. Bununla banklardan daha aşağı faiz xərci ilə vəsait cəlbi məqsəd qoyulmuşdu. Hər həftəyə AMB 120 mln. manatlıq vəsaiti "pul soran maşın" saydığımız notlarla bazardan çəkməyə başladı.
Lakin indi bu da faktdır ki, pul siyasətinin transmisyası ən çox dövlət istiqrazları və notlarda müşahidə edilir. Belə ki, notların ödəniş faizləri hərracdan-hərraca yüksəlir.
Bəs faizlərin yüksəlməsinin kredit bazarına təsiri ola bilərmi?
Azərbaycanda kreditlərdə ən yüksək pay real sektora, yaxud sadə dillə desək, Biznesə yönəldilən kreditlərə düşür. Biznes kreditləri əksər vaxtları istehlak kreditindən daha aşağı faizlə verilir. Bu zaman ölkədə hər hansısa bankın riski sıfıra yaxın olan notlara yatırım etmək əvəzinə hər hansısa biznesə yönəltməsi inandırıcı deyil. Yəni, Bank hətta 2% bəndi ucuz olan AMB notlarına daha çox pul yatıra bilər, nəinki hansısa makro və mikro iqtisadi təsiri ilə riski çox olan biznesə. İndi biznes kreditlərinin illik ortalama faizi 10%-dir.
Odur ki, AMB-nin notlarının gəlirliliyindəki artım gələcəkdə biznes kreditlərinin və ya istehlak və əmlak kreditlərinin bahalaşmasına təsir edə bilər. Burada önəmli nüans həftəlik həcmin növbəti aylarda 120 mln. manatdan yuxarı qaldırılıb-qaldırılmamasıdır. Bu həcm uğrunda bankların "böyük rəqabətinin" olması şübhəsizdir. Bunu BFB-nin hərraclarındakı rəqabət də göstəririr.
Xatırladaq ki, AMB bu ayın sonu uçot faiz dərəcəsi ilə bağlı ilin ilk qərarını verəcək.

Banklar     Tarix: 19 yanvar 2023

Oxşar xəbərlər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək

Azərbaycan və Rusiya arasında vətəndaşların bank hesabları, əmlakı, gəlirləri və digər aktivləri barədə məlumat mübadiləsi aparılacaq. Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının məcburi icras

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler pul qazanmaq avtomobil xeberleri telefonla pul qazanmaq biznes xeberleri