"Azər Türk Bank"ın mənfəəti 14 dəfə artıb
"Azər Türk Bank" 2023-cü ilin 1-ci rübünü 3 milyon 79 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 226 min manat təşkil edib ki, bu da illik müqayisədə 14 dəfə artım deməkdir.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ KƏSKİN ARTIB
Bu ilin yanvar-mart aylarında "Azər Türk Bank"ın gəlirləri 20 milyon 863 min manat (əvvəlki ilə nisbətən 2.2 dəfə çox), xərcləri isə 16 milyon 17 min manat təşkil edib.
BANK 2 DƏFƏ BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB
Bu ilin aprelin 1-nə bankın aktivləri 913 milyon 299 min manat olub ki, bu da ötən ilə nisbətən 2 dəfə artım deməkdir. Bunun 367 milyon 496 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 50% böyüyüb.
DEPOZİT PORTFELİ KƏSKİN BÖYÜYÜB
Hesabat dövründə bankın cəmi öhdəlikləri 2.2 dəfə artaraq 840 milyon 505 min manat, cəmi kapitalı isə 26.5% artaraq 72 milyon 794 min manat, o cümlədən depozit portfeli 2 dəfə artaraq 396 milyon 145 min manat olub.





PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Onlayn biznes növləri
Fond birjası nədir?
Ən bahalı otellər hansılardır?
Bitcoin nədir?
Layihə menecmenti nədir?