"Azər-Türk Bank"ın nizamnamə kapitalı bir qədər də artırılır
"Azər-Türk Bank" ASC nizamnamə kapitalını daha 21,5 milyon manat və yaxud 27,2 % artıraraq 79 milyon manatdan 100,5 milyon manata çatdırmağı planlaşdırır.
Bankdakı mənbəyə istinadən xəbər verilir ki, kapital artımı maliyyə qurumunun dövriyyədə olan 50 milyon səhminin nominal dəyərinin 1,58 manatdan 2,01 manata çatdırılması hesabına baş tutacaq.
"Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Bankın səhmlərinin 51 %-i Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR), 24 %-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,4 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.
SOCAR "Azər-Türk Bank"ın səhmdarları sırasına bu ilin iyul ayında qoşulub. / banker.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Françayzinq nədir və necə olur?
CV-nin tərtib edilməsi prinsipləri
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Start-up nədir?
Dünyanın ən zəngin idmançıları