"Azər-Türk Bank"ın strateji təşəbbüslərinin həyata keçirilməsi də müzakirə olunub
"Azər-Türk Bank" ASC-nin Müşahidə Şurasının iclası keçirilib.
"Azər-Türk Bank" ASC-nin Müşahidə Şurasının sədri, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, Bankın İdarə Heyətinin sədri və digər üzvləri, həmçinin Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak ediblər.
İclasda Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər müzakirə edilib.
İclas iştirakçıları Bankın 2022-ci il üzrə və 2023-cü ilin birinci rübü üzrə idarəetmə hesabatını nəzərdən keçiriblər.
İclasda həmçinin, Bankın strateji təşəbbüslərinin həyata keçirilməsi də müzakirə olunub.
Qeyd edək ki, 1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Prezident İlham Əliyevin 16 iyul 2022-ci il tarixli "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsi haqqında imzaladığı Fərmana əsasən Bank Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.



/ marja.az

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Milyonlar qazandıran qəribə biznes ideyaları
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Bitcoin necə işləyir?
İban nədir?