"Azərbaycan Mikro-Kredit"in zərəri kəskin artıb

"Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı" MMC 2022-ci ili 327 min manat xalis zərər ilə başa vurub. Təşkilat 2021-ci ili 207  min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il "Azərbaycan Mikro-Kredit"in xalis zərəri 120 min manat və ya 58% artıb. Xalis zərərin artması xərclərin gəlirlərdən daha çox artması ilə bağlıdır. Ötən il BOKT-ın kredit portfeli və gəlirləri kəskin artıb.
Marja.az xəbər verir ki, "Azərbaycan Mikro-Kredit"in faiz gəlirləri 2021-ci ildə 418 min manat ikən, 2022-ci ildə 1 milyon 485 min manata yüksəlib (3,5 dəfə artıb).
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Eyni zamanda, ötən il "Azərbaycan Mikro-Kredit"in inzibati və əməliyyat xərcləri 2,4 dəfə artaraq 1 milyon 628 manat təşkil edib. Bundan başqa təşkilatın faiz xərcləri 6,5 dəfə artaraq 511 min manata yüskəlib. 
Keçən il "Azərbaycan Mikro-Kredit"in kredit portfeli (müştərilərə verilmiş kreditlər) 3,6 dəfə artaraq 6 milyon 888 min manata çatıb.  Təşkilatın cəmi aktivlər isə 3,5 dəfə artaraq 8 milyon 508 min manata yüksəlib.
"Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı" MMC-nin nizamnamə kapitalı (2 milyon 154 min manat) 100% Məmmədov Elmar Məmməd oğluna məxsusdur.

Banklar     Tarix: 24 may 2023

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların


iqtisadi xeberler investisiya bitcoin biznes krediti kripto